Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:25

Çılğın gəncliyin arzuları fərqlidir


Səs: Real audio
“Pislik edənlərin hamısına qırmızı vərəqə göstərəcəm” Kimisi musiqi notu, kimisi quş, kimisi də varlı olmaq istəyir.



- İstərdim ki, Bill Qeyts məni övladlığa götürsün və mən dünyanın ən varlı və tanınmış adamlarından biri olum.



18 yaşlı Səbinənin arzusu belədir. 20 yaşlı Cavidan isə bilmək istəyir ki, heyvanlar biz insanlar barədə nə düşünür.



- Uşaqlıqdan təbiətə marağım olub. İstərdim ki, bütün heyvanların dilini bilim. Onların nə danışdığını, insanlar haqqında nə düşündüklərini anlaya bilim.



- Bir dəfə də olsun quş kimi uça biləydim. Görərdim quşlar uçanda nə hisslər keçirirlər.



20 yaşlı Yeganə. Onunla həmyaşıd olan Taleyin isə arzusu tam başqadır.



- Mənim üçün qeyri-adi arzu Amerikada olan Azadlıq heykəlinin üstündən tullanıb okeana baş vurmaqdır.
XS
SM
MD
LG