Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:10
Rubrikalar

“Economist Intelligence Unit”: “2009–cu ilə qədər Azərbaycanda işsizlərin sayı artacaq”


Səs: Real audio
“Pislik edənlərin hamısına qırmızı vərəqə göstərəcəm” “Economist Intelligence Unit” təşkilatının proqnozlarına görə, 2009 –cu ilə qədər işsizlərin sayı artacaq.



Təşkilatın hesablamalarına görə, Azərbaycanda 4 il ərzində rəsmi qurumların bəyan etdiyi işsizlərin sayı 62 min nəfərdən 73 min nəfərə çatacaq.



Amma 2009-cu ildə məhsul və xidmətlərin ixracı 2 dəfə artacaq. İnvestisiyalar bu ilki 31 milyard manatdan 26 milyard manata düşəcək. Dövlətin büdcəsi, xərcləri və gəlirləri isə demək olar ki, dəyişməz qalacaq.



Təşkilatın proqnozlarına görə, manata nisbətən dolların məzənnəsi bu ilin sonunda 4753 manat, gələn il 4540 manat, 2008-ci ildə 4015 manat, 2009-cu ildə isə 3798 manat olacaq. Avronun məzənnəsində də ciddi dəyişikliklər gözlənilir.



Proqnoza əsasən, bu il 6417 manat olacaq avro, 2009-cu ildə 4758 manata satılacaq.



İqtisadi artıma gəlincə, beynəlxalq təşkilat onun bu ilki 14 faizdən 2009-cu ildə 5 faizə enəcəyini gözləyir. Amma adambaşına düşən Ümumi Daxili Məhsulun 2 dəfədən də çox artacağı bildirilir.



Təşkilatın açıqladığı proqnozlar beynəlxalq maliyyə və iqtisadi qurumların gözləntiləri əsasında hazırlanıb. Bu qurum 1946-cı ildən dünya ölkələri üzrə məsləhətverici və araşdırıcı təşkilat kimi fəaliyyət göstərir.



“Azərenerji” Səhmdar Cəmiyyəti kiçik elektrik stansiyalarının tikilməsi üçün Finlandiyanın “Vartsila” şirkəti ilə müqavilə bağlayıb. Müqaviləyə görə, artıq iyunda Astarada 87 meqavatlıq stansiyanın tikintisi başlanacaq. Daha sonra Bakı, Naxçıvan Xaçmaz və Şəkidə 4 stansiya inşa ediləcək.



«Azərtac» informasiya agentliyinin məlumatına görə, stansiyalardakı qurğular təbii qazla işləyəcəklər. Energetika sahəsində qəbul olunan proqrama əsasən 2007-2008-ci illər ərzində təkcə Bakı və Sumqayıtda əlavə 900 meqavatlıq stansiyalar tikilməlidir.



Mayın 16-da Milli Bankdan aldığımız məlumata görə, xarici valyutalar yenidən ucuzlaşıb və indi 1 dollar 4787, 1 rubl 171, 1 avro isə 6031 manatdır.
XS
SM
MD
LG