Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:24

Avropa Məhkəməsində şikayətlərə baxılması sürətləndirilə bilər


Səs: Real audio
“Pislik edənlərin hamısına qırmızı vərəqə göstərəcəm” Mayın 16-17-də Polşanın paytaxtı Varşavada Avropa Şurasının sammiti keçirilir.



Təşkilatın üzvü olan 46 dövlətin başçıları bir yerə toplaşıb 800 milyonluq avropalını birləşdirən Avropa Şurasının fəaliyyətinə yenidən baxır.



İnsan haqları, demokratiya və qanunun aliliyi. Sammit Avropa Şurasının bu üç əsas prinsipini möhkəmləndirməyi qarşısına məqsəd qoyub.



Avropa Şurasının baş katibi Terri Devis:



«Hamıya məlumdur ki, Avropa Şurası demokratiya, insan haqları və qanunun aliliyi üstündə qurulub. Ümid edirəm ki, sammit bu dəyərləri təsdiqləyəcək. İnsan haqları və qanunun aliliyi prinsiplərini üstün tutub bütün sahələrdə ayrıseçkiliyə qarşı mübarizə aparacaq».



Azərbaycan vətəndaşları da 800 milyonluq Avropa evinin üzvləridir. Azərbaycan 2001-ci ilin yanvarında Avropa Şurasına qəbul olunandan sonra bu qurum ölkədə daha çox tanınmağa başladı. Bakıda qurumun iki nümayəndəliyi – İnformasiya Ofisi və Baş Katibin Xüsusi Nümayəndəliyi fəaliyyət göstərir. «Azərbaycan indi daha çox hara üz tutur» sualına «Avropaya» deyənlər çoxdur.



Avropa Şurasının sammitində Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilən şikayətlərin, ərizələrin daha effektiv işlənməsi, məhkəmədə qərarların çıxarılması vaxtının tezləşdirilməsinə də baxılacaq.



Avropa Şurasının Bakıdakı İnformasiya Ofisinin icraçı direktoru İlqar İbrahimli bildirir ki, Avropa İnsan Hüquqları Məhkəməsinə göndərmək üçün bir ay ərzində 40-50 Azərbaycan vətəndaşı ərizə forması götürür.



Avropa Şurasının fəaliyyətiylə maraqlananlar arasında tələbələr üstünlük təşkil edir. Onlar İnformasiya Ofisinin kitabxanasında özlərinə lazım olan məlumatları götürürlər.



Azərbaycanın Avropa Şurasındakı nümayəndə heyətinin üzvü Gültəkin Hacıyeva sammiti Avropa Şurası ilə Azərbaycanın münasibətlərinin daha sıx inkişafı üçün əhəmiyyətli sayır.



Sammitdə Avropa ölkələri qarşısında duran problemlər müzakirə olunacaq, sonda isə bəyannamə və fəaliyyət planı qəbul olunacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG