Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:38

Müxalifət blokları seçkiqabağı vəziyyətdən narahatlıq ifadə edir


Səs: Real audio
“Rusiya siyasətçiləri piratları müdafiə edir” «Uğur», «YeS» seçki blokları və «16 oktyabr hərəkatı»nın birgə bəyanatında hakimiyyətin qarşıdan gələn parlament seçkilərini saxtalaşdıracağı bildirilir.



ADP-AXCP-Müsavat partiyalarını birləşdirən «Uğur», ictimai təşkilat və fərdləri bir araya gətirən «YeS» və son prezident seçkiləri zamanı kütləvi ixtişaşların təşkilində ittiham olunmuş partiya funksionerlərinin təsis etdiyi «16 oktyabr hərəkatı»ndan savayı, bəyanatı bir sıra başqa partiyalar da imzalayıblar.



Sənəddə seçki ərəfəsi ölkədəki siyasi vəziyyətlə bağlı narahatlıq ifadə edilir və prezidentin «Seçki praktikasının təkmilləşdirilməsi haqqında» Sərəncamının görüntü xarakteri daşıdığı bəyan edilir.



Belə vəziyyətin ölkədə qarşıdurma yaradacağını bildirən bəyanat müəllifləri bir sıra tələblər irəli sürür: Seçkidə siyasi qüvvələrə bərabər şərait yaradılsın, mühacirətdə olan siyasətçilərin, o cümlədən, ADP sədri Rəsul Quliyevin ölkəyə qayıtması təmin edilsin, üzərində məhkumluq olan şəxslərin seçki hüququ bərpa edilsin və s.



İqtidarın 21 may mitinq-yürüşünə icazə verməyəcəyi barədə qeyri-rəsmi məlumat yayıldığını deyən bəyanat müəllifləri, sərbəst toplaşmaq azadlığı məsələsinə xüsusi diqqət çəkirlər.



Onlar Avropa Şurası Parlament Assambleyasının növbəti sessiyasına da ölkədəki vəziyyətlə bağlı bəyanat göndərəcəklərini bildirirlər.
XS
SM
MD
LG