Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:49
Rubrikalar

Bu dəfə həftəyəTəzadlar qəzetinin baş redaktoru Asif Mərzili nəzər salib


Səs: Real audio
“Rusiya siyasətçiləri piratları müdafiə edir” Sizinlə Qlobus proqramında görüşürük. Qlobusda biz müxtəlif səbəblərə görə vətənlərindən kənarda özlərinə yaşayış tapmış azərbaycanlılardan, onların nailiyyətlərindən və problemlərindən, xaricdə təhsil alan azərbaycanlılardan və azərbaycan diaspora cəmiyyətlərinin fəaliyyətindən söhbət açırıq. Qlobusun bugünkü buraxılışında:



- Azərbaycanlılar Özbəkistanda,

- Ötən il mindən çox azərbaycanlı İsveç hökumətinə sığınacaq üçün müraciət edib,

- Azərbaycan Siyasi Mühacirləri Avropa İttifaqı bundan sonra Azərbaycan Siyasi Mühacirləri Ümümdünya İttifaqı adlanacaq,

- Avstraliyada azərbaycanlılar necə məskunlaşır.



Beləliklə, birinci qonağım Özbəkistandakı Azərbaycanlıların Milli-Mədəni Mərkəzlərinin Assosiasiyasının sədri Akif Ağatalıbovdur. Akif Ağatalıbov 25 ilə yaxındır ki, Daşkənddə yaşayır, burada təhsil alıb, ailə qurub və hazırda Özbəkistanın Milli Olimpiya komitəsində çalışır. Dediyinə görə, hazırda Özbəkistanda 60 minə yaxın azərbaycanlı yaşayır.





Qlobusun ikinci süjeti İsveçdəndir. Qonağım isə İsveçdəki Azərbaycan Federasiyasının başqanı Manaf Səbabidir. Manaf bəy deyir ki, son vaxtlar İsveçdə bir qrup qeyri-hökumət təşkilatı İsveç hökumətindən sığınacaq ala bilməyən əcnəbilərin əfv olunması üçün kampaniyaya başlayıblar. İsveçin mühacirət mərkəzinin məlumatına görə, ötən il mindən çox azərbaycanlı sığınacaq üçün İsveç hökumətinə müraciət edib.



Manaf Səbabi deyir ki, yaxın zamanlarda İsveçdə yaşayan azərbaycanlı gəncləri birləşdirən təşkilat yaranacaq.



Və növbəti qonağım Avropadakı Azərbaycan Siyasi Mühacirlərini birləşdirən təşkilatın sədr müavini Eldəniz Yusibovdur. Ötən ilin əvvəlində Hollandiyada yaradılmış və Azərbaycan Siyasi Mühacirləri Avropa İttifaqı adlanan bu təşkilat bundan sonra Azərbaycan Siyasi Mühacirləri Ümumdünya İttifaqı adlanacaq.



Və bugünkü Qlobusun axırıncı qonağı Avstraliyadan Məhrdad Dərbəndidir. Məhrdad bəy 1988-ci ildə İrandan Avstraliyaya köçüb. Avstraliyanın Perp şəhərində yaşayır, kompyuter üzrə mütəxəssisdir. Avstraliyalı xanımla ailə qurub, iki uşağı var. Dediyinə görə, indiki durumundan razıdır.



Bu günə bu qədər. Siz Azadlıq radiosunun dalğalarında Qlobus proqramına qulaq asdınız. Qlobusda deyilənlərlə bağlı fikirlərini bizimlə bölüşdürmək istəyənlər Azadlıq radiosunun Bakı bürosunun 493-73-75 və Praqadakı redaksiyamızın 4202-21122351 nömrəli telefonlarına zəng edə bilərlər. Qlobusu mən apardım, Samirə Faiqqızı, Sağ olun, gələn şənbə günü yenidən görüşənədək.
XS
SM
MD
LG