Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:47

Qumbara partlayışında daha bir şagird həlak oldu


Səs: Real audio
“Rusiya siyasətçiləri piratları müdafiə edir” Mayın 14-də Gəncənin 36 saylı orta məktəbinin 11-ci sinfində əl qumbarasının partlaması nəticəsində bir nəfər həlak olub, 12 nəfər isə müxtəlif bədən xəsarəti alıb.



Hadisə saat 11 radələrində baş verib. Həmin vaxt məktəbin 11-ci sinif şagirdləri ibtidai hərbi hazırlıq fənnindən imtahan verirlərmiş.



Hadisənin şahidi Aytac Məhərrəmovanın dediyinə görə, müəllim Məmməd Qasımov onlardan imtahan götürmək üçün sinfə özüylə birgə hərbi sursat gətirib. Ramin adlı şagird yoldaşı masanın üstündən qumbaranı götürüb əlində oynatmağa başlayıb.



Partlayış zamanı sinfin taxta döşəməsində böyük bir dəlik açılıb.



Hadisə zamanı yaralanan uşaqlar Gəncə şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.



Reanimasiya şöbəsinin müdiri Könül Ələkbərov deyir ki, şagirdlər əsasən bədənin aşağı hissələrindən xəsarət alıblar. Bir nəfər döş qəfəsindən yaralanıb.



Elə bu gün 3 nəfər evə buraxılıb, qalan uşaqların da yaxın günlərdə evə çıxarılacağı gözlənilir.



Hadisəylə bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi qaldırılıb.



İcra başçısı Eldar Əzizov şəhərin bütün orta məktəblərində dərs vəsaiti kimi istifadə olunan hərbi-sursatın yoxlanılması barədə göstəriş verib.



Bir neçə il əvvəl Sumqayıt orta məktəblərinin birində də oxşar hal baş vermiş, partlayış nitəcəsində 2 şagird həlak olmuş, bir neçəsi isə ağır yaralanmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG