Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:45

BMT Azərbaycandakı vəziyyətə dair hesabat hazırlayacaq


Səs: Real audio
“Rusiya siyasətçiləri piratları müdafiə edir” BMT-nin dörd missiyası – İnkişaf Proqramı, Əhali Fondu, Uşaq Fondu və Ümumdünya Ərzaq Proqramının nümayəndələri Azərbaycanda «Minilliyin İnkişaf Məqsədləri» proqramının icrasına dair hesabat hazırlayacaq. Bir həftəlik səfərin yekunlarıyla bağlı hesabat ictimaiyyətə gələn ay təqdim olunacaq.



Bu haqda BMT agentliklərinin birgə missiyasının rəhbəri Harold For Sayt bugünkü mətbuat konfransında məlumat verdi.



BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Marko Barsotti isə bildirdi ki, Azərbaycan müəyyən sahələrdə müsbət istiqamətlərdə irəliləyir. Yoxsulluq 2002-ci ildə 46 faizdən çox idisə, sonuncu daxili tədqiqatlar bu rəqəmin 40 faizə endiyini göstərir.



«Minilliyin İnkişaf Məqsədləri»ndən biri həmin 40 faizi 2015-ci ilə qədər 20 faizə qədər azaltmaqdır.



Azərbaycan BMT agentliklərinin səfər etdikləri ölkələr sırasında Vyetnam, Mozambik və Qvatemaladan sonra dördüncü ölkədir.
XS
SM
MD
LG