Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:56
Rubrikalar

Bu dəfəki verilişimizdə işi insan haqlarının qorunması olan ombudsmanlardan danışacağıq


Səs: Real audio
“Rusiya siyasətçiləri piratları müdafiə edir” Azərbaycanın xalq artisti, “Şərəf” Nişanı, “Şöhrət” Ordeni mükafatlarının sahibi, prezident təqaüdçüsü Sara Qədimova mayın 12-də 83 yaşında vəfat edib. Uzun müddət xəstəlikdən əziyyət çəkən S.Qədimova martın 14-də işemik insult keçirmişdi.



Sara Qədimovanın vəfatıyla bağlı prezident İlham Əliyev başsağlığı verib və onun xatirəsinin əbədiləşdirilməsini tapşırıb. Mədəniyyət naziri Polad Bülbüloğlu isə xalq artistinin Fəxri Xiyabanda dəfn ediləcəyini deyib. Dəfn mərasimi mayın 14-də olacaq. Saat 12-də Mahnı Teatrında mərhumla vida mərasimi keçiriləcək.



1922-ci ilin mayında dünyaya göz açan S.Qədimovanın Hüseynqulu Sarabski, Xan Şuşinski kimi məhşur müəllimləri olub. O, həm muğam dəsgahlarının mahir ifaçısı olub, həm opera səhnəsində Leyli və Əsli kimi obrazlar yaradıb, həm də dövrünün yerli və xarici bəstəkarlarının mahnılarını oxuyub. S.Qədimova Dövlət Filarmoniyasının, Opera və Balet Teatrının solisti olub. Mərhumun ömrünün 60 ilindən çoxu sənətə bağlı olub.
XS
SM
MD
LG