Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:47

Redaktorlar MTN-nin istintaq qrupuyla göruşəcək


Səs: Real audio
“Rusiya siyasətçiləri piratları müdafiə edir” Ondan artıq media qurumunu birləşdirən Redaktorlar Birliyi «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun qətlinin istintaqının ləng getməsindən narazıdır.

Birliyin mayın 13-də keçirilən toplantısında «Qanun» jurnalının baş redaktoru Şahbaz Xuduoğlu dedi ki, qətldən 72 gün keçsə də, istintaq əhaliyə ətraflı məlumat verə bilmir: «Milli Təhlükəsizlik Nazirliyi dezinformasiya xarakterli bir məlumat yayıb. Belə getsə, Elmarın qanı yerdə qalacaq».

«Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu isə istintaqın ləng aparılmasına etiraz əlaməti olaraq jurnalistlərin aksiyalar keçirməsini təklif etdi.

Müzakirələrdən sonra qərara alındı ki, Mətbuat Şurası və RB-nin rəhbərliyi MTN-nin istintaq qrupuyla göruşsün və informasiya alınmasına şərait yaradılsın.

RB-nin qərarına görə, mayın 21-də MŞ-nin 3-cü qurultayında Elmar Hüseynova həsr olunan sərgi də açılacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG