Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:47

K.Heydərov zəngin olması barədə deyilənləri yalanladı


Səs: Real audio
“Rusiya siyasətçiləri piratları müdafiə edir” Dövlət Gömrük Komitəsinin sədri Kəmaləddin Heydərov Azərbaycanın ən zəngin şəxsi olması barədə mediada yazılanları şaiyə adlandırır: «Mənim heç bir firmam yoxdur».



Mayın 13-də keçirdiyi mətbuat konfransında cənab Heydərov, ölkədə inhisarçılığın hökm sürməsi barədə söylənənləri reallığı əks etdirməyən mülahizə adlandırdı: «İnhisarçılıq 4-5 il bundan əvvəl var idi, indisə hər şey qaydasındadır».



İqtisadi inkişaf naziri Fərhad Əliyevlə münasibətlərinin pis olması barədə yerli qəzetlərdə yazılanları yalanlayan cənab Heydərov, F.Əliyevlə dost əlaqələrinin olduğunu bildirdi.



DGK-nin sədri bir müddət bundan öncə bəzi qəzetlərdə səhiyyə naziri Əli İnsanovla əlbəyaxa olması barədə yayılan xəbərlərin də doğru olmadığını deyir. «Mən Əli İnsanovu döyməmişəm» - deyə, o, fikrini yekunlaşdırdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG