Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:59

MDB xəfiyyələri yeni inqilablar təhlükəsini müzakirə edib


Səs: Real audio
“Rusiya siyasətçiləri piratları müdafiə edir” «525-ci qəzet»dəki «Qarabağ probleminin həlli üçün Ermənistan konkret təklif verib» məqaləsində bildirilir ki, rəsmi Yerevan işğal olunmuş 7 rayondan əvvəlcə 5-ni, daha sonra isə danışıqların gedişindən asılı olaraq Laçınla Kəlbəcəri boşaltmağa razıdır. Məlumat xarici işlər nazirinin müavini Araz Əzimova istinadən verilib.



«Yeni Azərbaycan» qəzetində prezident İlham Əliyevin ölkə üzrə yoxsulluğun tam aradan qaldırılmasına dair fikirləri şərh edilir. Bildirilir ki, hökumət müsbət nəticələr almaq üçün bütövlükdə bu işə qoşulmalıdır.



«Azadlıq» qəzetindəki «ABŞ Azərbaycanı Rusiydan qoruyacaq» məqaləsində bildirilir ki, «Xəzərin mühafizəsi» lahiyəsi Azərbaycan və Qazaxıstanı Moskva təhlükəsindən qorumağa imkan verəcək.



«Üç nöqtə» qəzetindəki «Avropa Məhkəməsi Türkiyəni məyus edən qərar çıxardı» məqaləsində bildirilir ki, Abdulla Öcalanın işinə yenidən baxılmalıdır. Bu qərar Ərdoğan hökumətini çətinə sala bilər.



«Bakı-Xəbər»dəki «Saxta şəkil Prezident Aparatında hazırlanıb» məqaləsində bildirilir ki, İlham Əliyev ona qarşı belə hörmətsizlik edilməsinə icazə verməməliydi. Söhbət ikinci dünya müharibəsinin 60 illik yubileyində İlham Əliyevlə Corc Buşun Azərbaycanın rəsmi mediasında yayılan şəkillərinin fotomontaj olunmasından gedir.



Ermənistanın 7 rayonu qaytaracağı ilə bağlı «Xalq Cəbhəsi» qəzetindəki məqalədə bildirilir ki, xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupu həmsədrləri ilə London görüşündə bu plan müzakirə olunub.



«Azərbaycan» qəzetindəki «Azərbaycan vətəndaşlarının əksəriyyəti prezident İlham Əliyevin siyasi xəttini dəstəkləyir» məqaləsində bildirilir ki, qarşıdakı parlament seçkilərində bunun YAP-a böyük xeyri dəyəcək.



«Ayna» qəzetindəki «MDB xəfiyyələrinin məxməri inqilab toplantısı» başlıqlı məqalədə bildirilir ki, birlik ölkələrinin xüsusi xidmətləri yeni inqilablar təhlükəsini müzakirə ediblər.



«Yeni Müsavat» qəzetindəki «İlham Əliyevlə Putin arasında sensasion razılaşma» sərlövhəli məqalədə bildirilir ki, Azərbaycandan İrana nüvə yanacağı ötürüləcək.
XS
SM
MD
LG