Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:31

Andres Herkel seçki qanununa dəyişikliyi zəruri sayır


Səs: Real audio
“Rusiya siyasətçiləri piratları müdafiə edir” Mayın 19-da Budapeştdə Avropa Şurası Parlament Assambleyasının monitorinq komitəsinin iclası keçiriləcək. Azərbaycan nümayəndə heyətinin də qatılacağı iclasda seçki və digər məsələlər müzakirə olunacaq. Bu barədə «Azadlıq» radiosuna AŞ PA monitorinq komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel məlumat verib.



O, Azərbaycan prezidentinin bugünlərdə seçki praktikasının təkmilləşdirilməsinə dair verdiyi sərəncamı müsbət qiymətləndirib. «Ancaq hökumət daha çox işləməli, seçicilərin azad səsverməsini təmin etməlidir. Sənəd müsbət təşəbbüs olsa da, seçki qanununa dəyişiklik lazımdır”- deyə, cənab Herkel bildirib.



Azərbaycan prezidenti İlham Əliyev mayın 11-də imzaladığı sərəncamla mərkəzi və yerli icra orqanlarına parlament seçkisinin gedişinə qanunazidd müdaxilə etməməyi, exit-polların keçirilməsinə şərait yaratmağı tapşırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG