Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:30

Türkiyə mediası Ermənistanın 7 rayonu qaytara biləcəyini yazır


Səs: Real audio
“Rusiya siyasətçiləri piratları müdafiə edir” Mayın 12-də Türkiyənin nüfuzlu «Milliyyət» və «Hürriyyət» qəzetləri, TRT və CNN Türk televiziyaları Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimova istinadən xəbər yayıb ki, Ermənistan işğal olunmuş ərazilərdən geri çəkilə biləcəyinə işarə edib. «Milliyyət» qəzeti yazır ki, A.Əzimov bugünlərdə Türkiyədə səfərdə olub və rəsmi şəxlərlə görüşüb. Türkiyə mediasının yazdığına görə, cənab Əzimov Ankarada rəsmilərə Praqa prosesi barədə məlumat verib. Deyib ki, Ermənistan işğal etdiyi 7 rayonun əvvəlcə 5-dən, daha sonra isə danışıqların gedişindən asılı olaraq 2 rayondan-Kəlbəcər və Laçından geri çəkiləcəyi haqda qarantiya verib. Azərbaycan isə bu 7 rayonun hamısını eyni vaxtda, heç bir şərt qoymadan boşaltmağı tələb edib.



Türkiyə mediası hətta iki ölkə prezidentinin mayın 16-17-də Varşavada Avropa Şurasının zirvə toplantısında baş tutacaq görüşündə bu anlaşmanın elan ediləcəyini bildirir.



Lakin hələlik bu xəbərə rəsmi Bakının reaksiyası yayılmayıb. Azərbaycan XİN-in adının çəkilməsini istəməyən yüksək çinli nümayəndəsi «Azadlıq» radiosunun əməkdaşı ilə söhbətində Ermənistanın bu cür təklifindən xəbərsiz olduğunu deyib. Onun sözlərinə görə, məsələ ilə bağlı nazirliyin heç bir əməkdaşı Türkiyəyə ezam olunmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG