Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:29

AB, ATƏT və ABŞ seçki təcrübəsinin təkmilləşdirilməsi haqda sərəncamı müdafiə edir


Səs: Real audio
“Rusiya siyasətçiləri piratları müdafiə edir” Avropa Birliyinin Cənubi Qafqaz üzrə səlahiyyətli nümayəndəsi Heyki Talvitye Azərbaycan rəsmiləri ilə görüşlərində Ermənistanla Türkiyə arasında sərhədlərin açılması və bu məsələdə Azərbaycanın rolunu müzakirə etdiyini bildirir. Mayın 12-də Bakıda keçirdiyi mətbuat konfransında cənab Talvitye qeyd etdi ki, Qarabağ münaqişəsinin həlli tezliklə sərhəddin açılmasına səbəb ola bilər. O, Azərbaycan və Ermənistan prezidentlərinin mayın ortalarına nəzərdə tutulan görüşlərindən sonra dövlət başçılarının xarici işlər nazirlərinə müzakirə üçün əlavə mandat verməsini gözlədiklərini dedi.



H. Talvitye prezident İlham Əliyevlə görüşündə parlament seçkilərinə hazırlıqla bağlı daha çox müzakirələr apardığını söylədi. O, həmin seçki ilə əlaqədar bu ilin payızında Azərbaycana tez-tez gələcəyini deyir. Cənab Talvitye prezidentin mayın 11-də imzaladığı Azərbaycanda seçki təcrübəsinin təkmilləşdirilməsi barədə sərəncamı AB-nin də müdafiə etdiyini söyləyir. Onun fikrincə, siyasi iradə olarsa, hətta indiki Seçki Məcəlləsinə dəyişiklik etmədən də azad seçkilər keçirmək olar.



Prezidentin bu sərəncamında seçki günü exzit-pollun keçirilməsinə icazə verilir, seçki prosesinə qanunazidd müdaxilə edəcək məmurların məsuliyyətə cəlb olunması nəzərdə tutulub. Sərəncamda deyilir ki, seçkilərdən sonra siyasi mənsubiyyətinə görə vətəndaşların təqib olunması yolverilməzdir.



ABŞ-ın Azərbaycandakı səfiri Rino Harniş də jurnalistlərlə görüşündə prezidentin bu sərəncamını alqışladığını deyib.



“Sənəddə 6-dan çox bənd var ki, seçkilərin daha yaxşı keçirilməsinə xidmət edə bilər. Deyilir ki, məmurlar vətəndaşların azad toplaşmasına və mətbuatdan bərabər istifadə etməsinə imkan yaratmalıdırlar. Ümüd edirəm ki, bütün partiyalara və insanlara seçicilərlə görüş keçərməyə, onlara öz sözlərini çatdırmağa imkan yaradılacaq”.



ATƏT-in Bakı ofisinin rəhbəri Maurisio Pavesi də sərəncamı rəsmilər tərəfindən seçki qanununun mümkün pozulmasının qarşısının alınmasına yönəmiş mühim addım hesab edib və onu təqdir etdiyini bildirib.



“Bu sərəncamı ardıcıl icra etməklə və seçki praktikasını daha da yaxşılaşdırmaqla Azərbaycan beynəlxalq standartlara cavab verən seçkilər keçirə bilər,» - deyən cənab Pavesi əlavə edib ki, ATƏT seçkilərdə irəliləyişə nail olmaq üçün gələcəkdə də kömək göstərməyə hazırdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG