Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:42

“Rus ayısına sataşmayın”


Səs: Real audio
“Rusiya siyasətçiləri piratları müdafiə edir” --“Los Anceles Tayms”



Tbilisidə prezident Corc Buşun böyük ehtiramla qarşılanması Gürcüstanın tam Qərbə istiqamətləndiyini göstərir. Eyni şeyi Ukrayna haqda da demək olar.



Ancaq növbəti addım atmazdan və onların NATO-ya inteqrasiyasını dəstəkləməzdən əvvəl Buş düşünməlidir. Prezident Rusiyayla lazımsız düşmənçilikdən qaçmalıdır.



Şübhəsiz, Vaşinqton keçmiş Sovet respublikaları ilə xoş münasibətlər saxlamalı və onların demokratik inkişafını müdafiə etməlidir. Lakin əgər Rusiya özünü bütün istiqamətlərdə NATO ilə küncə sıxılmış hiss etsə, bunun əks nəticələri olacaq.



“Buşun Gürcüstanın gələcəkdə NATO üzvü ola biləcəyi haqda fikirləri məsuliyyətsiz və risklidir. Putinin dövründə Rusiya demokratiyasının taleyi qeyri-müəyyən olaraq qalır. Rusiyanın milli qüruru və təhlükəsizlik maraqlarına etinasızlıq millətçilik əhval-ruhiyyəsini qızışdırmaqla vəziyyəti daha da pisləşdirə bilər. Qərbin düşmən deyil, dost bir Rusiyaya ehtiyacı var”.



--“Nyu York Tayms”



Keçmiş SSRİ ölkələrinə səfər etməklə Buş “tam hədəfə vurub”. Ancaq konkret məzmun baxımından uğursuzluğa düçar olub.



Rusiyaya münasibətdə amerikalıların əsas narahatçılığı onun nüvə arsenallarının təhlükəsizliyi və nüvə silahının yayılmamasıdır. Bu planda prezidentin səfərində heç nəyə nail olunmayıb.



“Amerikanın nisbətən daha demokratik iki keçmiş Sovet respublikasını dəstəkləməsi şübhəsiz, lazımlı və təqdirəlayiqdir... Ancaq on mindən çox nüvə başlığı və zəif mühafizə olunan iri nüvə yanacağı ehtiyatı Latviya və ya Gürcüstanda deyil, Rusiyadadır”.



--“Uolt Strit Cournal”



Bu gün Hollivudun piratçılıqla apardığı qlobal müharibədə Rusiya ön sıralardadır.



Qanunsuz kompüter proqramları, CD və DVD-lərin dünyada əsas istehsalçısı Çin olsa da, orada hökumət piratçılıqla ciddi mübarizə aparır. Rusiyada isə hökumət neçə ildir problemlə məşğul olmağı vəd etsə də, ekspertlər Vladimir Putin dövründə vəziyyətin nəinki yaxşılaşdığını, əksinə, pisləşdiyini deyirlər.



Səbəb isə sadədir. Piratların siyasətçilər arasında himayədarları var.



Beynəlxalq Səsyazma Şirkətləri Assosiasiyasının məlumatına görə, Rusiya bu gün pirat musiqi məhsullarının ən iri ixracatçısı və Çindən sonra bu məhsulların ən iri bazarıdır. Dünyanın 27 ölkəsində Rusiya istehsalı olan kontrafakt, saxta musiqi kompakt-diskləri aşkarlanıb.



Hollivud artıq ABŞ hökumətindən ticarət sanksiyalarının tətbiq olunmasını tələb edir.



--“Liberasyon”



Türkmənistan prezidenti qızıl dişləri sevmir. Nəticədə kənd təsərrüfatı universitetinin tələbələri prezidentin onlar qarşısında çıxışından sonra qızıl dişləri ağlarıyla əvəzləməli olublar.



Bu əhvalat “Amnesty International” təşkilatının Türkmənistanda insan haqlarının pozulmasına dair son hesabatında əksini tapıb.



Təşkilatın hesabatında bildirilir ki, Türkmənistan insan haqlarının vəziyyətinə nəzarət üçün qapalı ölkə olaraq qalır. ATƏT-in 2003-cü ildə təyin etdiyi xüsusi məruzəçiyə viza verilməyib.
XS
SM
MD
LG