Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:12

Prezident Azərbaycanda yoxsulluğun səviyyəsinin 40 faiz olduğunu deyir


Səs: Real audio
“Heydər Əliyevi ilahiliyə yüksəltmək cəhdlərindən sonuncusu” «Azərbaycanda yoxsulluğun səviyyəsi azalıb və hazırda 40 faiz təşkil edir». Prezident İlham Əliyev mayın 12-də yoxsulluğun səviyyəsinin aşağı salınması və iqtisadi inkişaf üzrə dövlət proqramının yerinə yetirilməsinin gedişinə həsr olunan konfransda belə deyib. O, qeyd edib ki, növbəti illərdə bu faiz sürətlə aşağı enəcək və tamamilə yox olcaq.



İ.Əliyev ölkə əhalisinin yarısının aqrar sektora cəlb olunduğunu, bu sahədə müsbət dəyişikliklərin baş verdiyini deyib. Onun sözlərinə görə, qeyri-neft sektorunda 200 min iş yeri açılıb. Prezident minimum əmək haqqının, pensiya və sosial təminatların artırılacağını da deyib.



İqtisadi Tədqiqatlar Mərkəzinin eksperti Azər Mehdiyev isə bildirir ki, yoxsulluğun yüksək sürətlə azalması haqqında deyilənlər reallığı əks etdirmir. «Əgər 2000-ci ildə yoxsulluğun səviyyəsi 49 faiz təşkil edibsə, ötən ilin hesabatında bu 42 faiz göstərilirdi. Bu, elə də sürətli azalma hesab olunmamalıdır».



«Yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə dövlət Proqramı»nı Azərbaycan hökuməti 2003-cü ildə qəbul edib.



Mayın 12-də həmçinin Azərbaycan hökuməti ilə beynəlxalq maliyyə təşkilatları arasında 2015-ci ilə qədər Azərbaycanda Minilliyin İnkişaf Məqsədlərinə nail olunması, yoxsulluğun azaldılması və davamlı inkişaf üzrə uzunmüddətli strategiyanın hazırlanması haqqında bəyannamə də imzalanıb.



Sənədə görə, Azərbaycan hökuməti 2006-2015-ci illəri əhatə edəcək uzunmüddətli inkişaf strategiyasını işləyib hazırlayacaq.



Asiya İnkişaf Bankı və Beynəlxalq Valyuta Fondu onillik strategiyaya texniki yardım göstərəcək, Avropa Yenidənqurma və İnkişaf Bankı isə yoxsulluğun azaldılması strategiyasının hazırlanmasında iştirak edəcək.
XS
SM
MD
LG