Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:16
Rubrikalar

Qazaxıstan Azərbaycanda taxıl terminalı tikəcək


Səs: Real audio
“Heydər Əliyevi ilahiliyə yüksəltmək cəhdlərindən sonuncusu” Ümumi daxili məhsul ən geci 3 ilə 2 dəfə artırılacaq. Bu haqda məlumatı İqtidasi İnkişaf naziri Fərhad Əliyev verib. Yoxsulluqğun aradan qaldırılması ilə bağlı konfransada nazir hökümətin digər planını da açıqlayıb. O, Qazaxıstanla birgə Azərbaycanda taxıl terminalı yaradılacağını deyir. Fərhad Əliyev terminalda toplanacaq Qazaxıstan buğdasını Azərbaycan tərəfi satacağını bildirir.

Azərbaycanda tikiləcək terminalın yeri hələ müəyyənləşdirilməyib. Terminalın illik gücü 300 min ton olacaq.



Azərbaycanın 5 regionunda mərkəzi xəstəxanaların tikintisi üçün 50 milyon dollar ayrıla bilər. Bu haqda məlumatı Səhiyyə naziri Əli İnsanov verib. Onun sözlərinə görə, vəsaitin ayrılması haqqında artıq hökümətə müraciət olunub. Bu xəstəxanalar eyni zamanda bir neçə rayondan xəstələri qəbul edə biləcək. Əli İnsanov beynəlxalq qurumların xəstəxanaların sayının azaldılmasını tələb etdiklərini deyir. O, Azərbaycanın hər bir rayonunda orta hesabla 30 səhiyyə ocağının olduğunu və onların sayının azaldılacağını da deyib.



Mayın 12-də Milli Bankdan aldığımız məlumata görə, mayın 11-də cüzi bahalaşmadan sonra bütün valyutalar yenə də ucuzlaşıb. İndi 1 dollar 4795, rubl 172, avro isə 6136 manatdır.
XS
SM
MD
LG