Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:35

Vergi güzəştləri Azərbaycan futbolunu qadıracaqmı?


Səs: Real audio
“Heydər Əliyevi ilahiliyə yüksəltmək cəhdlərindən sonuncusu” Vergilər Naziri Fazil Məmmədov öz açıqlamasında bilavasitə futbolçuların gəlirindən tutulan vergilərdən söz açıb. Və deyib ki, hökumət 2-3 il müddətində futbolçulardan gəlir vergisinin tutulmaması haqda fikirləşir. Amma bir məqam var ki, futbolçuların maaşından tutulan vergini futbolçu özü yox, ona maaş verən klub ödəyir. Yəni, klub futbolçuya 650 dollar maaş verməyə boyun olubsa, 350 dollar da əlavə hökumətə gəlir vergisi verməli olur. Hələ sosial sığorta və pensiya fonduna ayırmalar da var ki, bu vergiləri işəgötürən qismində çıxış eləyən klublar ödəməlidir. Bu gün Azərbaycanda futbolçuların aldığı əmək haqları orta hesabla ayda 3 milyon manatdan yuxarıdır. Bu məbləğə görəsə 35 faiz gəlir vergisi verilməlidir. Hətta 10, 20, 30, 40 min dolar əməkhaqqı alan legionerlər də var ki, bunlara görə vergi verilməsi klubu müflis edə bilər. Çünki faktiki olaraq, klublar oynadıqları futbola görə gəlir əldə etmirlər. Ona görə də, Vergilər nazirinini özünün də etiraf elədi ki, klublar artıq xərcə düşməmək üçün əslində xərclədikləri məbləğlərdən çox aşağı məbləğlərlə müqavilə imzalayırlar. Vergilər naziri Fazil Məmmədov bu vəziyyəti düzəltmək üçün vergi güzəştinin tətbiq edilə biləcəyindən danışıb.



Fazil Məmmədov Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının – AFFAnın müraciəti əsasında vergi güzəşti məsələsini düşündüklərini deyir. AFFA-nın baş katibi Fuad Əsəsdov həqiqətətən hökumətə müraciət etdiklərini bildirir. Amma onun sözlərinə görə, futbolun inkişafı haqda proqrama görə, onlar nəinki futbolçuların gəlir vergilərindən, ümumiyyətlə futbola aid bütün vergilərdən azad olunmalarının istəyiblər. Fuad Əsədov



Fuad Əsəsdovun sözlərinə görə, futbolun vergilərdən azad olunması təcrübəsi başqa ölkələrdə də var. Məsələn, 20 il əvvəl Türkiyədə futbol bütün vergilərdən azad olunub və bu addım Türkiyə futbolunun inkişafında əsas rol oynayıb. Belorusda da belə bir təcrübə var. Amma orda Prezident Lukaşenkonun fərmanı ilə klublar 3 il müddətinə gəlirlərdən azad edilib. Amma Azərbaycanda heç də hamı bu cür güzəştlərin tərəfdarı deyil. Hətta bəzi ekspertlər futbolun çirkli pulların yuyulması üçün ideal sahəyə çevrilməsindən də narahatdırlar. Ancaq, vurğulamaq lazımdır ki, futbolla bağlılığı olan hər kəs futbolun inkişafı nazminə bu yola baş vurmağın vacibliyini deyir. “Futbol+” qəzetinin redaktoru Mahir Rüstəmlinini fikrincə, AFFAnın müraciətini müsbət cavablamağın Azərbaycan futboluna müəyyən xeyri olar, lakin bəzi istisnalarla.



Vergilər Nazirliyinin məmurları isə, bu cür faktlarla bağlı həmişə tədbirlər gördüklərini, sadəcə açıqlamadıqlarını deyirlər. O ki, qaldı futbolşuların özlərinə, onlar heç vaxt konkret nə qədər pul qazandıqlarının açıqlamağa həvəsli olmasalar da, son bir ildə vəziyyətin düzəldiyini bildirirlər. Və hətta etiraf edirlər ki, digər peşə sahiblərinə baxanda onların gəlirləri yuxarıdır. Azərbaycan yığmasının və “Neftçi” komandasının oyunçusu Mahmud Qurbanov vergi güzəştlərinin tətbiq edilməsindən futbolçualırın özlərindən çox, komandanın qazanacağının düşünür.



Futbol mütəxəssisləri futbolçuların maaşlarının digər peşələrə görə yuxarı olmasına təbii baxır. Çünki, onların fikrincə, futbolçu karyerası çox qısa olduğundan, onların maaşı nə qədər yuxarı olsa, bir o qədər yaxşıdır ki, 35-40 yaşında futboldan gedən oyunçu ömrünün qalan hissəsini də yaşaya bilsin.



O ki, qaldı vergi güzəştlərinin nə vaxt qüvvəyə minməsinə, Futbol Federasiyasının Baş katibi Fuad Əsəsdovun sözlərinə görə, bu güzəştlər yeni futbol mövsümündən və ya ən uzağı yeni ildən tətbiq edilməsi ehtimalı çox böyükdür.
XS
SM
MD
LG