Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:06

Qonaqlarımız Bakı Dövlət Universitetinin UŞU- şən uşaqları klubunun üzvləri – Nofəl, İslam və Orxandır. Gəlin, onların zarafatlarını dinləyək


Səs: Real audio
“Heydər Əliyevi ilahiliyə yüksəltmək cəhdlərindən sonuncusu” Nofəl: Salam, səsiniz niyə belə qəmlidir?

Orxan: Bilirsiz, mən səhərlər yemək yeyə bilmirəm.

Nofəl: Niyə?

Orxan: Sevgilimi fikirləşirəm. Mən günortalar da yemək yeyə bilmirəm, çünki sevgilimi fikirləşirəm. Mən heç axşamlar da çörək yemirəm, çünki sevgilimi fikirləşirəm. Gecələr də yata bilmirəm.

Nofəl: Niyə, sevgilinizi fikirləşirsiz?

Orxan: Yox! Ac oluram, ona görə.



İslam: Dünən bir kinoya getmişdim, orada bir məhəbbət səhnələri var idi ki, gəl görəsən.

Orxan: Adı nə idi?

İslam: “Nizami”

Orxan: Kinonun adını soruşuram, kinoteatrın yox.

İslam: Kinoya baxan kim idi, mən zala baxırdım.
XS
SM
MD
LG