Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:21

Milli mətbuat günü bir qrup jurnalist müxtəlif mükafatlarla təltif ediləcək


Səs: Real audio
“Heydər Əliyevi ilahiliyə yüksəltmək cəhdlərindən sonuncusu” Prezident Aparatı İctimai Siyasi şöbəsinin müdiri Əli Həsənovun sözlərinə görə, başqa sahələrin nümayəndələri indiyə qədər bu və ya digər dövlət mükafatları ilə təltif edildikləri halda jurnalistlər bu prosesdən kənarda qalıb. Cənab Həsənov deyir ki, dövlət jurnalistlərin mükafatlandırılmasını nəzərdə tutsa da bu vaxtacan onların fəaliyyətini koordinasiya edən, və ən yaxşıları seçib təqdim eləyən bir orqanın olmaması bu işdə çətinlik yaradıb. İndi artıq bu istiqamətdə iş gedir. O ki, qaldı mükafatların nədən ibarət olmasına, Əli Həsənov müxtəlif təltiflərin adını çəkir:

«Jurnalistlərin ayrıca mükafatı yoxdur. «Əməkdar mədəniyyət işçisi» mükafatı var, bundan başqa elm-təhsil sahəsində çalışanlara «Tərəqqi» medalı verilir, ayrı – ayrı sahələrdə fəaliyyəti olmuş insanlara «Şöhrət» ordeni verilir və digər mükafatlar da ola bilər».

Əli həsənov deyir ki, «bu mükafatların hər biri jurnalistlər üçün əzizdir. Ancaq həmin mükafatların hansını kimə verməyi Prezidentin İcra Aparatı ilə Mətbuat Şurası birgə araşdıracaq. Ancaq seçimdə obyektiv olmaq üçün bu məsələni mətbuata çıxarmışıq ki, başqa qurumlar da öz təkliflərini versinlər».

Cənab Həsənovun fikrincə, hər hansı sahədə çalışan insan dövlətin və cəmiyyətin onun əməyini qiymətləndirdiyini görəndə daha da ruhlanır. Bu baxımdan mükafatlar mətbuatın inkişafına, eləcə də jurnalistlərin fəaliyyətinə müsbət təsir göstərəcək.

Media Hüquqları İnstitutunun rəhbəri Rəşid Hacılının fikrincə isə «jurnalistin dövlət başçısı və ya hökumət tərəfindən hansısa xidmətinə görə mükafatlandırılması, onların bir - birindən fərqləndirilməsi düzgün deyil. Əslində bu prezidentin özü üçün də yaxşı deyil. Çünki cəmiyyətin hamısı olmasa da bir qismi həmin jurnalistlərin mükafatla ələ alındığını düşünəcək».

Rəşid Hacılı deyir ki, əgər hansısa bir jurnalist prezidentdən mükafat alırsa, yəqin ki, o, adi insan psixologiyasına uyğun olaraq daxilən hakimiyyəti tənqid etməmək barədə öhdəlik götürəcək. Bu isə onun obyektivliyinə xələl gətirəcək.

Mətbuat Şurasının sədri Əflatun Amaşov isə bu fikirlə razılaşmır. O deyr ki, əgər kimsə hansısa mükafata görə obyektivliyini itirirsə bunun səbəbini mükafatda yox, həmin şəxsin özündə axtarmaq lazımdır. Əflatun Amaşov jurnalistlərin dövlət tərəfindən mükafatlandırılmasını zəruri sayır. O deyir ki, »Elə jurnalistlər var ki, onların maddi durumları olduqca ağırdır. Bütün ömürlərini mətbuatın inkişafına sərf etdikləri halda hətta dərman almağa da imkanları yoxdur. Niyə onlar prezident mükafatına təqdim edilməsinlər. Bunun nəyi pisdir ki»?

Mətbuat Şurası sədrinin fikrincə, bu mükafatlandırma jurnalistlərin fəaliyyətinə və mətbuatın inkişafına müsbət təsir göstərə bilər.

Bir müddət əvvəl Mətbuat Şurası Azərbaycan prezidentinə Milli mətbuatın iyunun 22-də keçiriləcək 130 illik yubileyinin ölkənin hər yerində təntənəli şəkildə qeyd olunması, bu münasibətlə mətbuatın maddi bazasının yaxşılaşdırılması, qəzetlərin Azərbaycan Nəşriyyatına olan borclarının dondurulması, cərimələrin ləğvi və digər təkliflərlə müraciət edib. Hazırda bu müraciətə Prezident Apparatının İctimai Siyasi şöbəsində baxılır. Müraciətlə bağlı ölkə başçısının sərəncamının hazırlanması nəzərdə tutulur.
XS
SM
MD
LG