Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 01:59

Seçkiyə müdaxilə edəcək məmurlar cəzalandırılacaq


Səs: Real audio
“Heydər Əliyevi ilahiliyə yüksəltmək cəhdlərindən sonuncusu” Dövlət başçısı İlham Əliyev mayın 11-də seçki praktikası təcrübəsinin təkmilləşdirilməsi ilə bağlı sərəncam imzalayıb. Sənəddə ekzit-pola, yəni seçki günü sürətli sosioloji sorğuların keçirilməsinə icazə verilib.

Bundan başqa sərəncamda seçki prosesinə qanunazidd müdaxilə edəcək yüksəkçinli və ya sıravi məmurların məsuliyyətə cəlb olunması nəzərdə tutulub. Sərəncamda deyilir ki, seçkilərdən sonra siyasi mənsubiyyətinə görə vətəndaşların təqib olunması yolverilməzdir. Belə faktlar aşkar olunduqda təqsirkar şəxslər məsuliyyətə cəlb olunacaq.



Eyni zamanda ölkədə fəaliyyət göstərən bütün televiziyalara deputatlığa namizədlərin təbliğinə bərabər şərait yaradılması tövsiyə olunub. Seçki kampaniyası zamanı və seçkidən sonra sabitliyin təmin olunması məqsədilə lazımi tədbirlərin görülməsi də sənəddə əksini tapıb .



Mərkəzi Sekçi Komissiyasına isə tövsiyə olunur ki, hər bir seçiciyə vəsiqənin çatdırılması təmin edilsin. Seçici siyahıları dəqiq tərtib olunsun və bu siyahılar seçkilərə 65 gün qalmış məntəqələrdə asılsın.



Hüquqşünas Fuad Ağayev Azərbaycan təcrübəsində bu sənədin yenilik olduğunu düşünür. Onun qənaətincə, sərəncam həm ölkə ictimaiyyətinə, həm dövlət məmurlarına, həm də beynəlxalq qurumlara bir mesajdır. Ona görə də hüquqşünas sərəncama hüquqi sənəd kimi qiymət verməyin tərəfdarı deyil. F.Ağayev hesab edir ki, əslində, bu sənəd indiyədək keçirilən seçkilərdə baş vermiş qanun pozuntularının, dövlət məmurlarının müdaxilə etməsinin etirafıdır.



O, düşünür ki, növbəti seçkilərin ədalətli və şəffaf keçirilməsi üçün bu sənəd yetərli deyil. «Sərəncamda deyilənlər Seçki Məcəlləsinin müddəalarını təkralayır. Bu şəkildə həmin məcəllənin kəm-kəsirini ört-basdır etmək mümkün deyil».

Günün bütün mövzuları

XS
SM
MD
LG