Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 07:59

Mitinqlər dialoqun gedişinə necə təsir edə bilər?


Səs: Real audio
“Buşun gizli istedadı üzə çıxıb” Gələn həftədən etibarən ATƏT-in Bakı ofisinin təşəbbüsü ilə hakimiyyət və müxalifət partiyalarının dialoq mövzusunda qapalı seminarı keçirilməlidir. Bundan başqa AXCP, Müsavat və ADP-nin birləşdiyi blok kütləvi aksiyalara başlamaq haqda qərar verib. Mitinqin təşkilatçılarından olan Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Nürəddin Məmmədli deyir ki, dialoqun mövzularından biri kütləvi aksiyalara icazənin verilməsidir. Odur ki, onların bir tərəfdən hakim partiya ilə danışıqlar aparması, başqa tərəfdən isə mitinqlər keçirmək istəyi ziddiyyət yaratmır. Nürəddin Məmmədli qeyd edir ki, əgər hakimiyyət də dialoqda səmimidirsə bu iki məsələ arasında heç də ziddiyyət axtarmayacaq. AXCP funksionerinin sözlərinə görə, əslində istər dialoq, istərsə də kütləvi aksiyalar seçkilərin azad və ədalətli şəkildə keçirilməsinə xidmət etməlidir. Ona görə də nə daloqdan, nə də kütləvi tədbirlərdən imtina etmək düzgün olmazdı.



Yeni Azərbaycan Partiyası İcra Katibinin müavini Bahar Muradovanın sözlərinə görə, isə son illər Azərbaycanda kütləvi aksiyalar vətəndaşların sərbəst toplaşmaq azadlığı haqqında hüquqlarının gerçəkləşməsindən daha çox, siyasi qüvvələr arasında əlavə gərginlik yaradılması ilə yadda qalıb. Bu baxımdan hazırkı mərhələdə müxalifətin yenidən kütləvi aksiyalara təşəbbüs göstərməsi bir qədər məntiqsiz görünür:



-Bununla belə mən ümüd edirəm ki, müxalifət danışıqların gedişində dialoq haqda fikirlərinə sadiq qalaraq əlavə gərginliyə yol verməyəcək…

Seçki Monitorinq Mərkəzənin rəhbəri Anar Məmmədli isə, yada salır ki, son prezident seçkiləri zamanı baş verən toqquşmalardan sonra hakimiyyət müxalifətin bir aksiyasına belə icazə verməyib. Anar Məmmədlinin sözlərinə görə, nə qədər ki, hakimiyyətlə müxalifətin bir-birlərinə etimadı yoxdur, dialoq nətəcəsi olmayan müzakirədən başqa bir şey olmayacaq:

-İndi kütləvi aksiyalara icazə verilməsi etimadın yaranması üçün çox əhəmiyyətli olardı…



Anar Məmmədlinin sözlərinə görə, hakimiyyət rəsmiləri bir qayda olaraq bəyan edirlər ki, müxalifət elə bir gücə malilk deyil. Əgər kütləvi aksiyalara icazə verilərsə müxalifətə və ya bu düşərgəyə mənsub hər hansı bloka xalqın nə qədər etimad göstərdiyi məlum olar. Belə olan halda, həm dialoqda iştirak etməli olan real qüvvələr müəyyən edilər, həm də istər hakimiyyətin, istərsə də müxalifətin əsassız olaraq xalq adından danışmasına ehtiyac qalmaz.

Günün bütün mövzuları

XS
SM
MD
LG