Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:25
Rubrikalar

Sahibkarlar üçün ən böyük problem - maliyə çatışmazlığıdır


Səs: Real audio
“Buşun gizli istedadı üzə çıxıb” Azərbaycanda sahibkarların əsas problemi uzunmüddətli işlər üçün tapılmayan maliyyə vəsaitidir. Bu fikir mayın 11-də Beynəlxalq Maliyyə Korporasiyasının Korporativ idarəetməyə həsr olunan seminarında vurğulandı. İdarəetmə sahəsində informasiya yardımı göstərən Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi USAİD təşkilatının nümayəndəsi Maykl Treynor sahibkarlığın qarşısında duran 3 problemin adını çəkir.

“Sahibkarlar əsas problemlərini üç yerə bölürlər. Kommunikasiya sistemlərindən istifadədə problemlər və enerji çatışmazlığı var. Amma əsas problem kapital – maliyyə çatışmazlığıdır. Bu xüsusilə də uzun müddətli layihələrdə özünü biruzə verir.”

Rəsmi məlumatlara görə, hazırda Azərbaycanda azad sahibkarlığın iqtisadiyyatdakı payı 74 faizə yaxındır.



Avropa Birliyi dünya bazarlarında neftin qiymətinin gələcəkdə artıınasının qarşısını almaq üçün neft ixracat edən ölkələrin təşkilatı OPEC-lə danışıqlar aparacaq. Avropa Birliyi rəsmilərinin fikrincə, hazırkı yüksək qiymətlər bir sıra qeyri-iqtisadi amillərlə bağlıdır. Reuters agentliyinin məlumatına görə, 25 Avropa ölkəsi və 11 OPEC ölkəsinin nümayəndələri Lüksemburqda görüşəcəklər. Lüksemburqun iqtisadiyyat və xarici ticarət naziri Jannot Krek avropalıların neft ixracatçılarından daha ucuz və ötürülməsində problem olmayan neft istəyəcəklərini deyib. Avropa Birliyi ilə OPEK danışıqları iyunun 9-na planlaşdırılıb.



Mayın 11-də Milli Bankdan aldığımız məlumata görə, bütün vayutalar az da olsa bahalaşıb və indi 1 dollar 4800, 1 rubl 172, 1 avro isə 6177 manatdır.
XS
SM
MD
LG