Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:14
Rubrikalar

Azərbaycan bodibildinqçisi Avropa çempionatında gümüş medal qazanıb.


Səs: Real audio
“Buşun gizli istedadı üzə çıxıb” Rumıniyada keçirilən Avropa çempionatına qatılan Azərbaycan yığmasının üzvü Anatolu Məsimov bir neçə il əvvəl qanadığı bürüncü gümüşlə yeniləyib. Yığmanın heyətində Rüstəm ağayev isə yarımfinaıa çıxsa da, sonucda yalnız 9-cu ola bilib.



Azərbaycan gimnastı Anna Qurbanova Dünya Kubokunda 14-cü olub. Fransada keçirilən Dünya kubokunun ilk mərhələsində 20 ölkədən 46 gimnast çıxış eləyib. Azərbaycan gimnastları Anna Qurbanova və Dinarə Gimatova növbəti mayn 13-də məharətinio göstərəcək. Bu iki gimnast Azərbaycan yığmasınını heyətində Bakıda keçiriləcəck, Federasiya Kubokuna qatılacaq. Azərbaycan Gimnastika Federasiyasının Kuboku uğrunda yarışa 25 ölkədən 120-yə yaxın gimnast qatılacaq.



Azərbaycan 17 yaşlılardan qurulan futbol yığması Rumıniya millisinə 0-4 hesabıyla yenilib. Moldovada keçirilən irqçilik əleyhinə turnirdə Azərbaycan yığması növbəti oyununu Belorus yığmasına qarşı keçirəcəck. Şakir Qəribovun rəhbərlik elədiyi yeniyetmə futbolçular qrup çərhələsində son oyununu meydan sahiblərinə, Moldova yığmasına qarşı keçirəcəck.



Otüstü xokkey üzrə qadınlardan ibarət ATAsport klubu cümə günü Avropa Çempionlar Liqasında ilk oyununa çıxacaq. Hollandiya keçirilən yarışda Atasport Almaniyanın Rüsselşaymer, Ukraynanın Kolos və İspaniyanın Klub de kampo komandasıyla eyni qrupda mübarizə aparacaq. İlk oyunda Azərbaycanın qadın otüstü xokkeyçiləri Kolosla qarşılaşacaq.



Cəmi 8 komandanın qatıldığı Avropa Çempionlar Liqasında komandalar iki qrupa bölünüb. Qrupunda ilk yeri tutan komandalar qızıl və gümüş, 2-ci yeri tutan komandalar isə bürünc medal uğrunda yarışacaqlar.
XS
SM
MD
LG