Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:15

«Buş Qafqaza inqilab gətirir»


Səs: Real audio
“Buşun gizli istedadı üzə çıxıb” «Yeni Azərbaycan» qəzeti yazır ki, Dağlıq Qarabağ münaqişəsinə dair Azərbaycan və Ermənistan prezidentləri səviyyəsində müzakirələr başlasa belə, hələlik hər hansı sülh sazişinin imzalanacağını düşünmək olmaz.



«Azadlıq» qəzeti «Buş Qafqaza inqilab gətirir» məqaləsində yazır ki, ABŞ prezidentinin Tbilisiyə səfəri Gürcüstanı Güney Qafqazın siyasi mərkəzinə çevirir.



«Üç nöqtə» qəzeti Gömrük Komitəsinin sədri Kəmaləddin Heydərova istinadən yazır ki, Gürcüstan şirkətləri onlara məxsus malların Ermənistana keçirilməsinə çalışır.



«Prezidentlər Varşavada konkret sülh planını müzakirə etməyəcəklər» məqaləsində «525-ci qəzet» yazır ki, bu görüşdən sonra danışıqların hansı formatda davam etdirilməsinə dair prezidentlər tapşırıq verməlidir.



«Müxalifət birgə mitinq keçirmək barədə qərar verdi» məqaləsində «Bakı Xəbər» qəzeti yazır ki, «Üçlər» bloku mitinqi mayın 21-ə təyin edib.



«Xalq Cəbhəsi» «MM-in səlahiyyətləri genişləndirilir» məqaləsində yazır ki, korrupsiyaya qarşı mübarizə komissiyasının üzvlərinin bir qismini deputatlar seçəcək.



«Azərbaycan» qəzeti yazır ki, ikinci dünya müharibəsində iştirak edən azərbaycanlılardan 176 min nəfəri orden və medallarla təltif olunub. 124 nəfər Sovet İttifaqı qəhrəmanı adına layiq görülüb. Müharibəyə göndərilən neftin 80 faizini isə Bakı neftçiləri verib.



Ukraynada öldürülən jurnalist Qonqadzenin xanımı «Monitor»un qətlə yetirilən redaktoru Elmar Hüseynovun həyat yoldaşı Ruşaniyyə Hüseynovaya zəng vurub və qətlin üstünün açılması üçün öz köməyini təklif edib.



«Ayna» qəzeti «Yerevanın Azərbaycansayağı müharibə çağırışları» məqaləsində yazır ki, Ermənistan rəhbərliyi cəmiyyətdə getdikcə artan narazılığın qarşısını bu yolla almağa çalışır.



«Exo» qəzeti erməni həmkarını qətlə yetirən azərbaycanlı zabit Ramil Səfərovun vəkili ilə müsahibə dərc edib. Vəkil deyir ki, hadisəni törədən zaman R.Səfərov əsəbi gərginlik vəziyyətində olub. Bunu məhkəmə-tibb ekspertizası da təsdiqləyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG