Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:00

H. Əliyevin heykələrinin çoxluğu şəxsiyyətə hörmət, yoxsa pərəstişdir?


Səs: Real audio
“Buşun gizli istedadı üzə çıxıb” Heydər Əliyev adına sarayın qarşısındakı parkda, Rəşid Behbudov küçəsində maşınların tıxaca düşmələrinin səbəbi burda Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin heykəlinin açılış mərasiminin keçirilməsi ilə bağlıydı. Bu abidənin sonuncu olub olmadığıyla işimiz yoxdur. Amma onu deyək ki, bu indiyə qədər açılışı keçirilən ilk abidə deyil. Eyni zamanda bu heykəl indiyə qədərki abidələrin ən möhtəşəmi sayılır. Bu haqda az sonra Heykəltəraş Ömər Eldarov danışacaq.



Yerli mediada isə Heydər Əliyevin heykəl və büstlərinin çoxluğunun bu tarixi şəxsiyyətə hörmət yoxsa monarxiya və şəxsiyyətə pərəstiş əlaməti olması üstündə polemikalar bu gün daha da qızışıb. İkinci fikrin tərəfdarları burda xüsusiylə Azərbaycan Demokratik Cümhuriyyətinin qurucularından biri Məmməd Əmin Rəsulzadənin heykəlinin neçə illərdir ki, ucaldılmamasını əsas gətirirlər.



Məmməd Əmin Rəsulzadənin nəvəsi Azərbaycanın əməkdar rəssamı, Pedaqoji universitetin dosenti Rəis Rəsulzadə deyir ki, Heydər Əliyevlə bağlı heykəllərin sayının çox olması normal haldır. Amma bununla yanaşı demokratik cümhuriyyətin baniləri də unudulmamalıdır. Həm də bu tarixi ədalət olardı. Rəis Rəsudzadə bildirir ki, hökumət Məmməd Əminin 110 illiyi münasibəti ilə onun abidəsini qoymağı vəd etmişdi. Amma buna əməl olunmadı. İndinin özündə də bu məsələyə dair hökumətə müraciət etdiklərini deyən Rəis Rəsulzadə hələ ki, bir nəticə olmadığını söylədi.



Rəis Rəsuldzadənin fikrincə indi Azərbaycanda şəxsiyyətə pərəstiş dövru olsa da şəxsiyyətinə pərəstiş edilən adamın, yəni mərhum prezident Heydər Əliyev özü vaxtılə çıxışlarında buna qarşı olduğunu bildirirdi.



«Xəzər» Universitetinin rektoru professor Hamlet İsaxanlının fikrincə nüfuzu, işi, xalq qarşısında xidmətlərinə görə fərqlənən adamların şərəfinə abidə ucaldılmalıdır. Və burda qeyri-adi nəsə yoxdur. Amma eyni adamla bağlı abidələrin, bütsləri və digər əsərlərin sayının çox olması ən azı sənət əsəri kimi onların dəyərini azaldır.



Hamlet İsaxanlı deyir ki, xeyli ali məktəb, dövlət tabeçiliyində olan idarə və müəssisə rəhbərləri tanıyır ki, heç kim ondan Heydər Əliyevin heykəlini və ya büstünü qoymağı tələb və ya xahiş etməyib. Amma onlar bunu edirlər. Müsahibimiz hesab edir ki, bunu dövlətin özü etsə daha yaxşı olardı. Çünki konkret sayı da səviyyəni də bilərdilər. Həm də qədərindən artıq şişirtmələrə də yol verilməzdi. Qaldı onun rəhbərlik etdiyi ali məktəbə. Hamlet İsaxanlı deyir ki, indiyəcən belə sifariş verməyiblər və vermək fikirləri də yoxdur. Amma dövlət Xəzər Universitetində mərhum prezidentin şərəfinə məsələn büst qoymkağı təklif edib maliyyə ayırsa buna da etiraz edilməyəcək.



Əvvəldə qeyd etdiyim kimi, indi də Heydər Əliyevin, indiyə qədərki heykəl , büst və fiqurlarının müəllifi Azərbaycanın xalq rəssamı Ömər Eldarov fikirlərini bizimlə bölüşür. Ömər Eldarov bir neçə il öncə hökumətdən Məmməd Əmin Rəsulzadənin abidəsini haırlamaq haqda da sifariş almışdı. Söhbətimizdə bu məsələyə də toxunmuşuq.
XS
SM
MD
LG