Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:45

“Barmek” “kasıb” anlayışının açıqlanmasını istəyir


Səs: Real audio
“Buşun gizli istedadı üzə çıxıb” Bakı və 5 rayonu elektriklə təchiz edən “Barmek-Azərbaycan Elektrik Şəbəkəsi" Nazirlər Kabinetinə müraciət edərək “kasıb” anlayışının açıqlanmasını istəyib.



Prezident İlham Əliyev ötən şənbə “Azərenerji” və “Azəriqaz” səhmdar cəmiyyətlərinin rəhbərləriylə görüşündə kasıb təbəqədən enerji pulunun yığılmaması barədə tapşırıq vermişdi.



“Barmek”ın prezidenti Hüseyn Arabul isə konkret kimlərə “kasıb” deyilməsini müəyyənləşdirmək üçün hökumətə müraciət etdiklərini deyir.



O, prezidentin kasıblardan pul yığılmaması haqqında göstərişini yerinə yetirməyə hazır olduqlarını bildirir.



“Enerji pulunu ödəməyən, amma külli miqdarda enerji işlədən çox varlı insanlar borclarını ödəyərsə, kasıblardan pul almadan belə, gəlirlə işləyə bilərik”.



H. Arabulun sözlərinə görə, kasıb təbəqədən enerji pulunun yığılma dərəcəsi heç 5 faizi də keçmir. Prezidentin kasıblara güzəşt olunması barədə tapşırığından sonra isə bu faiz daha da azalıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG