Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:35

Müxalifət partiyaları yürüş-mitinq keçirəcək


Səs: Real audio
“Buşun gizli istedadı üzə çıxıb” Üç müxalifət partiyası - AXCP, Müsavat və ADP mayın 21-də birgə yürüş-mitinq keçirmək qərarına gəliblər.



Qarşıdakı parlament seçkilərində də birgə iştirak etmək istəyən bu partiyalar Seçki Məcəlləsinin dəyişdirilməsini, sərbəst toplaşmaq azadlığının bərpa olunmasını, müstəqil televiziyanın yaradılmasını və jurnalist E. Hüseynovun qətlinin üstünün açılmasını tələb edirlər.



Təşkilatçılar bu aksiya barədə xəbərdarlıq məktubunu yaxın vaxtlarda Bakı şəhər İcra Hakimiyyətinə göndərəcəklər.



Bundan əvvəl - bu ilin aprelində də həmin partiyaların eyni tələblərlə etiraz aksiyası keçirməsinə şəhər rəhbərliyi icazə verməmişdi. Rəsmilər bu cür kütləvi tədbirlərdə təxribat törədilə biləcəyi barədə məlumat aldıqlarını deyirdilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG