Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:52

Gürcüstan “qızılgülünün” tikanları


Səs: Real audio
“Buşun gizli istedadı üzə çıxıb” --“Qardian”



Corctaun Universitetindən professor Çarlz Kinq hesab edir ki, “Gürcüstanın bütün bəlalarında daim “məkirli” Rusiyanı günahlandırmaq səmərəsizdir”.



Onun fikrincə, işıq və su təchizatında çatışmazlıqlara qarşı küçə aksiyaları “qızılgül inqilabı”nın tədricən solduğuna işarə edir.



Təhlilçi Caba Devdariani “Tranzişinz Onlayn” İnternet məcmuəsində qeyd edir ki, “qızılgül inqilabı” və Eduard Şevardnadzenin devrilməsinə səbəb bu cür sosial narazılıq dalğası olmuşdu. Hökumət iğtişaşların partlayışa çevrilməməsinin qayğısına qalmalıdır.



Amma Devdariani hazırda bunun az inandırıcı olduğunu da etiraf edir. Gürcüstan lideri hələ də əhalinin 38 faizi arasında populyardır, müxalifət isə parçalanmış haldadır.



Professor Çarlz Kinq deyir ki, Saakaşvili müəyyən sahələrdə, xüsusən də Acarıstan məsələsində və vergi siyasətinin yaxşılaşdırılmasında böyük müvəffəqiyyətlər əldə edib.



Amma əgər Saakaşvili sistem islahatlarına lazımi diqqət ayırmasa, əks-inqilab istisna olunmur.



Professor Kinqin sözlərinə görə, “Saakaşvili “küçələrin səsinə” qulaq verməlidir, əks halda, o, Şevardnadzenin aqibəti ilə üzləşə bilər. Hər halda, o, özü belə bir presedentin-ənənənin başlanğıcını qoyub”.



--“Nyu York Tayms”



Gürcüstan səhnəsi prezident Buşun gizli istedadını üzə çıxarıb.



Tbilisidə səfərdə olan prezident Corc Buş gürcü rəqqasları üçün quraşdırılan səhnəyə qalxıb, sonra isə şux xalq musiqisinin əhanginə uyğun olaraq ayaqlarını oynadıb.



Bu vaxtadək Buşun camaat qarşısında rəqsi xanımı ilə qısa valslarla məhdudlaşırdı. Ancaq Gürcüstanda o, videolentə alınması üçün kifayət qədər çox rəqs edib və gecə Gürcüstan televiziyası ilə təkrar nümayiş etdirilib.



Gürcülər isə bundan karıxsalar da, məmnun qalıblar.



Axşam qonaqlığı zamanı prezident Saakaşvili deyib ki, “Buşun ritmi bəzi rəqqasların xoşuna gəlib”.



--“Los Anceles Tayms”



ABŞ prezidenti qrafikə riayət olunmasının qızğın tərəfdarı kimi tanınır. Və xanımı Laura Buş son qonaqlıq zamanı dediyi kimi, adətən tez, axşam saat 9-da yatır.



Ancaq Tbilisidə Corc Buş qrafiki pozub: xalq musiqisi və rəqsinə tamaşa etmək üçün yarımsaatlıq formal gəzinti iki saatadək uzanıb.



Həmçinin Corc və Laura Buş Gürcüstan prezidenti və xanımıyla Tbilisi restoranlarının birində şam ediblər. Və ABŞ prezidenti axşam saat 10-dan sonra yatıb.



Ənənin pozulması Buşun Gürcüstanda başqa əhval-ruhiyyədə olduğunu tam əks etdirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG