Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:53
Rubrikalar

Dolların rəsmi məzənnəsi 4800 manatdan aşağı düşdü


Səs: Real audio
“Heç nə qələbədə Sovet ordusunun xidmətinə kölgə sala bilməz” Vergilər naziri Fazil Məmmədov istehlak mallarının qiymətinin aşağı düşməsini mövsümi dəyişikliklərlə izah edir. Onun fikrincə, inflyasiyaya inhisarlardan çox makroiqtisadi amillər təsir edir. Bu xüsusilə əhalinin gəlirlərinin və büdcədən sosial ayırmaların artması ilə bağlıdır. Fazil Məmmədov hesab edir ki, ayrı-ayrı məhsulların ucuzlaşmasını firmaların gəlirlərinin azalması hesabına baş verə bilər.

Rəsmi məlumata görə, bu ilin ilk 3 ayı ərzində Azərbaycandakı inflyasiya 13 faizə çatıb.



Azərbaycan Gürcüstan və Ukrayna Avroasiya neftnəqliyyat dəhlizi yaratmaq üçün danışıqlar aparır. Ukraynanın “Zerkalo Nedeli” qəzetinə müsahibə verən Gürcüstanın xarici işlər naziri Salome Zurabişvili belə deyib. Onun sözlərinə görə, dəhlizin məqsədi energetika sahəsində birgə layihələrin həyata keçirilməsi və ümumi dəmiryolu rüsumlarının tətbiq olunmasıdır. Layihənin hazırlanması istiqamətində danışıqlar hələlik Gürcüstan-Azərbaycan və Gürcüstan-Ukrayna formatında davam edir.



Dolların manata nisbətən kursu psixoloji sədd sayılan 4800 manatdan aşağı düşdü. Milli Bankdan aldığımız məlumata görə, indi 1 dollar 4798 manatdır. Sonuncu dəfə belə məzənnə 2002-ci ilin yanvarında olub. Digər valyutaların məzənnələri isə belədir – 1 rubl 172 manat, 1 avro isə 6167 manat.
XS
SM
MD
LG