Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:40

Müxalifət dairələri Corc Buşun çıxışını müsbət qiymətləndirir, hakim partiya təmsilçisi isə keçmiş sovet respublikalarının azad ölkələr olduğunu deyir


Səs: Real audio
“Heç nə qələbədə Sovet ordusunun xidmətinə kölgə sala bilməz” AXCP(i)-nin lideri Əli Kərimli cənab Buşun bu fikrilə razıdır ki, Cənubi Qafqaz və Orta Asiya xalqları demokratik idarəetməyə can atır, hazırda mövcud olan avtoritar idarəetmədən canını qurtarmağa çalışır. Əli Kərimli Corc Buşun bu mübarizədə həmin xalqlarla bir yerdə olması, onun qələbəylə başa çatacağı barədə dediklərini də təqdirəlayiq sayır.



Əli Kərimli deyir ki, demokratiyaya verilmiş bu dəstək Cənubi Qafqazda, o cümlədən Azərbaycanda xalqın öz qüvvəsinə inamını artıracaq.

Musavat Partiyası başqanının müavini Arif Hacılının fikrincə, Gürcüstandakı demokratik inqilab eyni səviyyədə olan qonşu ölkələrdə həmin proseslərin baş verməsinin mümkünlüyünü göstərir.

Arif Hacılı bildirir ki, onlar, yəni müxalif qüvvələr Amerika prezidentinin proqnozlarını doğrultmağa çalışacaq.



Arif Hacılı Corc Buşun “azad cəmiyyətlər dinc olmalıdır” fikrinə münasibətini bildirərək deyib ki, hər bir xalqın öz taleyi var. Məsələn, Gürcüstanda inqilab dinc yolla baş veribsə, dünyada demokratiyanın simvolu olan Birləşmiş Ştatlarda demokratik cəmiyyət qanlı müharibə nəticəsində qurulub. Azərbaycanda isə bu dəyişikliyin dinc, yaxud qarşıdurma yolyula baş verməsinə demokratik qruplar qərar verəcək.

Yeni Azərbaycan Partiyasından Səyyad Aranın fikrincə isə, keçmiş Sovetlər İttifaqı dağılandan sonra azad ölkə onun üçün mücərrəd anlayışdır, çünki onsuz da indi keçmiş sovet respublikaları azad ölkədirlər, müstəqil dövlətlər kimi BMT-yə üzv qəbul olunublar.



Səyyad Aranın dediyinə görə, Azərbaycan demokratrik dəyərlər, insan haqlarının vəziyyəti və qanunun aliliyi baxımından azad ölkədir.

Müstəqil ekspert Zəfər Quliyevin fikrincə, Amerika prezidenti Corc Buş çıxışında Azərbaycanın adını çəkməsə də, parlament seçkisi qabağı vəziyyəti nəzərə alsaq, həmin fikirlərin bu ölkəyə birbaşa dəxli var. Zəfər Quliyev Corc Buşun dediklərini ümidverici sözlər adlandırır, yəni ümid etmək olar ki, qərb dövlətləri bu dəfə Azərbaycana daha çox diqqət ayıracaq.

Zəfər Quliyev prezident Buşun azad cəmiyyət dinc olmalıdır fikrinə də münasibət bildirdi. O, Qərbin son vaxtlar münaqişələrin daha çox dinc yolla həllinə çağırdığını xatırladır.



Corc Buş mayın 10-da Tbilisidə prezident Mixail Saakaşvili ilə keçirdiyi birgə mətbuat konfransında Cənubi Osetiya və Abxaziya münaqişələrinin həllində öz köməyini təklif edib. Zəfər Quliyev Azərbaycanla Gürcüstanın bir-birilə çox bağlı olduğunu deyir. Onları geostrateji mövqe, Amerikayla əməkdaşlıq istəyi, Bakı-Ceyhan layihəsi birləşdirir. Ona görə də, əgər Gürcüstan Amerikanın köməyilə öz münaqişələrini həll edə bilsə, bu təcrübə gec-tez Azərbaycanda da həyata keçəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG