Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 22:14
Rubrikalar

Azərbaycan futbolçuları gəlir vergisindən azad ediləcək


Səs: Real audio
“Heç nə qələbədə Sovet ordusunun xidmətinə kölgə sala bilməz” Azərbaycanda çıxış eləyən futbolçular yerli və ya əcnəbi olmasından asılı olmayaraq gəlir vergisindən azad edilə bilər. BU haqda Vergilər Naziri Fazil Məmmədov jurnalistlərə məlumat verib. Onu sözlərinə görə, son ildə Azərbaycan klublarında çıxış edən futbolçuların əmək haqları çox yüksək olduğundan, bəzi klublar vergidən yayınmaq üçün qanunsuz yollara əl atır. Azərbaycan Futbol Federasiyaları Assosiasiyasln-AFFA yaxın 2-3 il müddətində bu cür qanunsuz halların yayılmaması üçün futbolçuları gəlir vergisindən azad etmək üçün hökumətə müraciət edib. Vegilər Nazirinin sözlərinə görə, yaxın müddətdə bu müraciətin müsbət cavablanması gözlənilir.



Fazil Məmmmədov Azərbaycan futbolunun inkişafı naminə, 2-3 il müddətinə bu güzəşti tətbiq etmək niyyətində olduqlarının bildirib. Vegilər Naziri həmçinin onu da əlavə eləyib ki, vergidən yayınmaq üçün Azərbaycan klubları 100 minlərlə dollar qiyməti olan oyunçuların transferləri zamanı ödədikləri məbləğləri olduğu kimi açıqlamırlar. Fazil Məmmədov bu sahədə də, klublara vergi güzəşti ediləcəyini istisna etməyib.



Mayın 10-da Amerika Birləşmiş Ştatlarının Fort-Benninq şəhərində güllə atıcılığı üzrə Dünya kobokunun ikinci mərhələsi başlayıb. Azərbaycanı bu yarışda Afina Olimpiadasının bürünc mükafatçısı İradə Aşumova təmsil eləyəcək. Dünya Kubokunun Cənubi Koreyada keçirilən birinci mərhələsində İradə Aşumova bütün növlər üzrə yarışlarda çox zəif çıxış edərərk, təsnifat mərhələsini də keçə bilməmişdi. Bu yarışda qalib olacağı halda İradə Aşumova Pekində olimpiadasına lisenziya qazana bilər.



Bazar ertəsi kişilərdən ibarət Azərbaycan Voleybol yığması Macarıstana yollanıb. Macarıstanda Azərbaycan voleybolçuları Dünya Çempionatının seçmə mərhəlisinin qrup oyunlarında iştirak eləyəcək. Oqtay Musayevin rəhbərlik elədiyi Azərbaycan yığması ilk oyununu cümə günü Macarıtan yığmasına qarşı keçirəcəck. Mayın 14-ü Azərbaycan voleybolçuları Sloveniya, 15-də isə Moldova millisiylə oynayacaq. Dünya Çempionatının ikinci mərhələsinə vəsiqə qazanmaq üçün Azərbaycan yığması bu qrupda birinci yeri tutmalıdır.



Çərçənbə günü futbol üzrə Azərbaycan çempionatında 31-ci turun növbəti oyunları keçiriləcəck. 3-cü yeri tutan Bakının “Neftçi” komandası öz meydanında çempionatın lideri “Xəzər-Lənkəran”ı qəbul edəcək. Yevlaxın “Karvan” klubu paytaxtda “Bakılı”nın qonağı olacaq. Paytaxtın digər iki komandası- “Mərkəzi Ordu İdman Klubu” və “Bakı” isə “MOİK”in meydanında qarşılaşacaq.
XS
SM
MD
LG