Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 13:10

Ad gününə keçmiş prezidentin abidəsi ucaldılıb


Səs: Real audio
“Heç nə qələbədə Sovet ordusunun xidmətinə kölgə sala bilməz” Mayın 10-da əhali Heydər Əliyev adına parkın açılışında iştirak edən prezident İlham Əliyevə yaxınlaşıb ölkədə məmur özbaşınalığından şikayət etmək istəsə də, polis və cangüdənlər buna mane oldular. Yalnız bir nəfər dövlət başçısına öz şikayət ərizəsini verə bildi.



Heydər Əliyevin parkda qoyulmuş abidəsi önündə çıxış edən prezident İlham Əliyev isə keçmiş prezidentin xidmətlərindən danışdı.



O, heykəlin məhz həmin yerdə qoyulmasının təsadüfü olmadığını bildirdi.



«Bu park həmişə insanla dolu olur. Heydər Əliyev də həmişə insanların arasında olub. İndi o, yenə də xalqın əhatəsində olacaq».



Buna qədər Azərbaycanın əksər dövlət idarələrində, iri park və meydanlarında da keçmiş prezident Heydər Əliyevin büst və heykəlləri ucaldılıb.



Fəlsəfə elmləri doktoru, professor Niyazi Mehdi isə hesab edir ki, bir-iki nəfərin şəkli və ya heykəli ilə ölkəni bu qədər bəzəmək olmaz. Bu insanların siyasi dünyagörüşünü korlayır.
XS
SM
MD
LG