Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 13:10

“Tarixi kim yaradır: xalq, yoxsa qəhrəman?”


Səs: Real audio
“Heç nə qələbədə Sovet ordusunun xidmətinə kölgə sala bilməz” Tural Əliyev: “Tarixi kim yaradır: xalq, yoxsa qəhrəman?” – sualına mən qəhrəman deyə cavab verərdim.

Sahib Cəfərov: Qəhrəman da elə xalqın içindən çıxır.

Bu gün 14-24-ün debatçıları Vətəndaş Cəmiyyətində Debat Təşkilatının üzvləri Tural Əliyev və Sahib Cəfərovdur. Gəlin söhbətin davamını eşidək. Buyur, Tural.

Tural Əliyev: Öncə qəhrəman sözünün özünə aydınlıq gətirmək istərdim. Qəhrəman dedikdə, ilk növbədə, lider yaxud da sərkərdə başa düşülür. Əgər biz bir anlığa tarıxı qəhrəmanlarsız təsəvvür etsək və düşünsək ki tarixdə heç bir qəhrəman olmayıbdır, onda aydın olar ki, qəhrəman tərixdə necə böyük rola malikdir. Mən fransız mütəfəkkiri Karleyin belə bir fikrini diqqətinizə çatdırmaq istərdim: “Tarix böyük şəxsiyyətlərin fəaliyyətinin nəticəsidir.” Bu mənada mən düşünürəm ki, tarixi yaratmaq üçün qəhrəmanların imkanları xalqa nisbətən daha çoxdur.

Sahib Cəfərov: Böyük Fransa inqilabı, o cümlədən Avropada baş vermiş bütün burjua inqilabları məhz xalqın adı ilə tarixə düşüb. Çünki onları həyata keçirən xalqdır.

Tural Əliyev: Xalq burada sadəcə hərəkətverici qüvvə rolunu oynayır. Götürək İkinci Dünya müharibəsini, bu tarixin yazılmasında alman xalqının rolu çox az olub. Bu tarixi Hitler yaradıb. Onun mənfi və ya müsbət qəhrəman olması isə təbii ki, başqa mövzudur.

Sahib Cəfərov: Qəhrəman sadəcə xalqın zəif məqamlarından istifadə etməyi bacaran bir şəxsdir. Amma istənilən halda xalqın istəyi və dəstəyi olmadan onun lideri də olmaz.
XS
SM
MD
LG