Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:53

Prezidentlər mayın 15-16-da Varşavada görüşəcəklər


Səs: Real audio
“Heç nə qələbədə Sovet ordusunun xidmətinə kölgə sala bilməz” Azərbaycan və Ermənistan prezidentləri mayın 15-16-da Varşavada görüşəcəklər.



Bu haqda Qazaxda səfərdə olan Belçikanın ATƏT-dəki səfiri Bertrand de Krombruc məlumat verib.



2006-cı ildə Belçikanın ATƏT-ə sədrlik edəcəyini deyən cənab səfirin sözlərinə görə, onun Cənubi Qafqaza səfərinin əsas məqsədi də regional problemlərlə yerdə tanış olmaqdır. O, Azərbaycana Yerevan və Tbilisidə görüşlər keçirəndən sonra gəlib.



Səfir ATƏT-in keçirdiyi monitorinqlər zamanı atəşkəsin pozulmasından xəbərdar olduğunu və bu məsələlərin ATƏT-in hesabatında öz əksini tapacağını söylədi.



Bertrand de Krombrucun Bakıda da bir sıra görüşlər keçirəcəyi gözlənilir.
XS
SM
MD
LG