Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:30

Əli Əlirzayev deyir ki, hökumət kasıb təbəqənin əvəzinə işıq və qaz pulunu ödəyə bilər


Səs: Real audio
“Buş Moskva səfəri ərəfəsində rusları qəzəbləndirib” İqtisadi İnkişaf Nazirliyindən verilən məlumata görə, bir il bundan əvvəl Azərbaycanda yoxsulluq həddi 44,7 faiz olub. Ən son rəqəmlər isə bir neçə günə açıqlanacaq. Hökumət bir neçə il bundan əvvəl 49 faiz olan rəqəmin tədricən azalması barədə məlumat yayıb.



İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Azər Mehtiyev hətta dünyada yoxsulluğun hesablanan həddinin yəni günə bir dolların reallığı əks etdirmədiyini deyir. Yəni, iqtisadçının fikrincə, Azərbaycanda heç kəs günə bir dollarla özünü dolandıra bilməz.



İlham Əliyevin bu bəyanatına iqtisadçılar və əhali arasında münasibət birmənalı deyil. Milli Məclisin İqtisadi Siyasət Komissiyasının sədr müavini Əli Əlirzayev president İlham Əliyevin bəyanatının yerinə yetirilməsinin vacib olduğunu deyir və bununçün bir neçə variant təklif edir. Onun dediyinə görə, bəzi regionlarda, sərhəd zonalarında yaşayan əhali işıq pulunu verməməlidir, çünki əgər onlar həmin ərazidə yaşayırlarsa, bu, böyük şeydir. Ancaq elə kəndlər də var ki, həmin kənd əhalisinin hamısından pul almaq lazımdır.

Əli Əlirzayev hökumətin imkansız təbəqənin əvəzinə bu vəsaiti ödəməsinin də mümkün olduğunu deyir.



İlham Əliyev Azəriqaz və Azərenerji səhmdar cəmiyyətlərinin rəhbərlərilə görüşdə Barmek şirkətinin də adını çəkib. Bildirib ki, özəl şirkət olsa da, Azərbaycanda gedən proseslərə uyğun fəaliyyət göstərməlidir. Şirkətin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tanrıverdi Mustafayev təmsil elədiyi şirkətin ölkə prezidentinin bütün sərəncamlarını yerinə yetirdiyini, respublika qanunvericiliyinə əməl etdiklərini deyir.



İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Azər Mehtiyevsə prezident İlham Əliyevin dediklərini parlament seçkisi qabağı gediş adlandırır. Belə ki, bir neçə ay bundan əvvəl qaz və işıq pulunun arıtırılması əhalinin narazılığına səbəb olub və hökuməti bu yöndə bəzi korrektələrə məcbur edib. Azər Mehtiyev bu bəyanatın sırf iqtisadi baxımdan qanuni əsasları olmadığını deyir.



Azər Mehtiyev deyir ki, burda iki məsələyə diqqət verilməlidir. Birincisi, əhaliyə verilən qaz və enerjinin həqiqi qiyməti müəyyən edilməlidir., Azərbaycanda bu rəqəmlər şişirdilir. İkuncisi, güzəştli təbəqə müəyyənləşməli, güzəşti hökumət ödəməlidir, Barmek, yaxud Azəriqaz yox.

Azər Mehtiyev gəliri çox olan şəxslərin daha çox pul ödəməli olması fikrilə razılaşmır, bunun bazaar iqtisadiyyatına, demokratik prinsiplərə zidd olduğunu deyir.
XS
SM
MD
LG