Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 15:09

Azərbaycanda qeydiyyatdan keçə bilməyən “Yeni TV” Çexiyada qeydiyyatdan keçdi


Səs: Real audio
“Buş Moskva səfəri ərəfəsində rusları qəzəbləndirib” Yeni TV-nin təsisçilərindən Eldar Namazov kütləvilik məsələsinin onları da narahat elədiyini deyir. Amma Eldar Namazov, məcburiyyət üzündən bu addımı atmalı olduqlarını və başqa ölkədən, Çexiyannın Praqa şəhərindən yayımlanmalı olduqlarının vurğulayır. Eldar Namazovun sözlərinə görə, Yeni TV-nin işçi qrupu müəyyən araşdırmalar aparıb və ortaya çıxarıb ki, düzgün peyk seçilərsə onlar Azərbaycanda 1 milyona yaxın potensial auditoriya üçün proqramlar yaya bilərlər.



Biz özümüz də araşdırma apardıq və televiziya mütəxəssisləri ilə apardığımız danışıqlar sonrası öyrəndik ki, bu gün Azərbaycanda çanaq antenni olanlar üçün ən populyar iki peyk Türksat və Hotbird peykləridir. Bu peyklərdən Türksat Azərbaycanda daha çox izlənir. Türksata siqnalı ötürmək üçün təxminən 200 min amerika dolları dəyərində avadanlıq tələb olunur, üstəlik, yayımlanmaq üçün abunə pulu da var. Azərbaycan şəraitində keyfiyyətli sayılan siqnalı yayımlamaq üçün bu peykdə illik abunə haqqı orta hesabla 140 min dollardır. Mütəxəssislərin hesablamalarına görə, gündəlik efirdə olmaq üçün tələb olunan televiziya avadanlığın ən aşağı qiyməti 200 min dollardır. Peykə siqnalın ötürülməsi və avadanlığın bir yerdə qiyməti - bu hesablamalarla- ən azı 540 min dollar edir. İşçilərin maaşları, Praqada yaşayış, ofis və başqa xərcləri nəzərə almadan “Yeni TV”nin yaradılması üçün minimum 540 min dollar tələb olunur. Bu televiziyanın təsisçilərindən olan və bu yaxınlarda Praqada “Yeni TV”ni qeydiyyyatdan keçirən Eldar Namazov bütün bu vəsaiti təsisçilərin ödəyəcəklərini deyir.



Eldar Namazov hələ ki kadr seçimi ilə bağlı hər hansı bir məsələni açıqlamaq istəmədiklərini də bildirdi. O cümlədən, telekanalın artıq təyin olunmuş və Praqada istehsalata rəhbərlik eləyəcək icraçı direktorun adını da. Amma Eldar Namazov onu dedi ki, “Yeni tv”nin işini tənzimləyən bir şura yaradılacaq. Həmin şuraya ictimai xadimlər və nüfuzlu mütəxəssislər üzv olacaq və tənzimləyici şura Bakıda fəaliyyət göstərəcək. Telekanalın işçiləri isə Çexiyada yaşayan Azərbaycanlılardan və Bakıdakı jurnalistlərdən seçiləcək. “Yeni TV”nin rəhbərliyi seçiləcək heyətin yaşayış yeri və başqa sosial problemlərini də həll eləməyi planlayıb.



“Yeni TV” təsis ediləndən az sonra, Azərbaycandakı bir sıra məmurlar bu televiziyanın xarici fondlar hesabına xəbər hazırlamaq istədiyini və bunun qanuna uyğun olmadığını deyirdilər. Sonucda, təsisçilər məhz əlavə əngəllərə vaxt sərf eləməmək üçün xaricdən peyklə yayımlanmaq variantını seçdilər. Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli artıq bu halda xaricdən peyk vasitəsilə yayımlanan televiziyanın fəaliyyətinə Azərbaycandan müdaxilə etməyin mümkünsüz olduğunu deyir. Amma onun sözlərinə görə, hər hansı bir dövrdə, bu televiziyada Azərbaycan dövlətçiliyi əleyhinə çağırışlar olarsa, onda problemi Xarici İşlər Nazirliyi xəttiylə yoluna qoymaq olar.



Yeni TV-nin təsisçiləri hələ bu qurumu təsis eləyəndə onun parlament seçkilərindən bir neçə ay öncə efirə çıxmasının planlaşdırırdılar. Amma Azərbacyanın Ədliyyə Nazirliyində qeydiyyat məsələsi uzandığından bu proses 5 aya qədər ləngidi. Ancaq “Yeni TV”nin təsisçilərindən Eldar Namazov, indi də bu televiyanın seçkiyə qədər efirə çıxması üçün çalışdıqlarının deyir.
XS
SM
MD
LG