Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:44

Yeni GTA oyunu 2-3 günə gəlməlidir...


Səs: Real audio
“Buş Moskva səfəri ərəfəsində rusları qəzəbləndirib” - Kompüter oyunlarında istərdim ki, daha çox canlılıq, estetik görünüş və müxtəlif rəng çalarları olsun.

20 yaşlı Ülviyyə

- Maşınlarla bağlı oyunlarda elə dəyişiklik olsun ki, sanki həqiqi maşın sürdüyümüzü hiss edək.

16 yaşlı Xəqani

Kompüter oyunlarının həvəskarlarına müjdə. Yaxın günlərdə satışa çıxarılacaq GTA adlı yeni oyunda siz istədiyiniz vaxt maşınınızı yenisi ilə əvəz edə biləcəksiniz. Yəni əgər qəza nəticəsində maşınınız tanınmaz hala düşərsə, geriyə qayıtmadan, elə oradaca başqa markalı maşın seçib yolunuzu davam etdirə bilərsiz. Kompüter oyunlarının satıcısı Ramin Əsgərov belə deyir:

- Yeni GTA oyunu 2-3 günə gəlməlidir. Qonkadır, şəhərdə maşın, gəmi və ya motosikl sürürsən, harada əzildi dəyişirsən.

Satıcı Ramin deyir ki, hələ ki gənclər “Driver 3”, “Call of Duty”, “Kazaki”, “Run need for speed” oyunlarına üstünlük verirlər. Maşın yarışlarını oynamaqda məqsəd isə məhz maşın sürməyi öyrənməkdir. Bundan başqa döyüşmək, imperiya təşkil etmək, şəhər tikmək də gənclərin marağından yan keçmir.
XS
SM
MD
LG