Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:03

Bugünkü Qlobusun qonaqları:<br>- Ümumdünya Azərbaycanlıları İttifaqının prezidenti Füzuli Məmmədov,<br>- və Estoniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Yaqub Yaqubov


Səs: Real audio
“Buş Moskva səfəri ərəfəsində rusları qəzəbləndirib” Sizinlə Qlobus proqramında görüşürük. Qlobusda biz müxtəlif səbəblərə görə vətənlərindən kənarda yaşayan azərbaycanlılardan, onların nailiyyətlərindən və problemlərindən, xaricdə təhsil alan azərbaycanlılardan, eləcə də diaspora cəmiyyətlərinin fəaliyyətindən danışırıq. Bugünkü Qlobusun qonaqları:



- Ümumdünya Azərbaycanlıları İttifaqının prezidenti Füzuli Məmmədov,

- və Estoniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Yaqub Yaqubov.



Mən, Samirə Faiqqızı isə Azadlıq radiosunun Praqadakı studiyasındayam. Beləliklə, birinci qonağım, Moskvada yaşayan azərbaycanlı iş adamı və Azərbaycan mətbuatında Frenk Elkaponi kimi tanınan Füzuli Məmmədovdur. Füzuli Məmmədov bu ilin mart ayında Moskvada təsis edilmiş Ümumdünya Azərbaycanlıları İttifaqının prezidentidir. Bu qurumun təsisçiləri 26 ölkədə fəaliyyət göstərən Azərbaycan diaspora cəmiyyətləridir.



Qlobusun ikinci qonağı Estoniyadan Yaqub Yaqubovdur. Yaqub bəy 1996-cı ildə Estoniyaya gəlib. Azərbaycanı tərk etməzdən qabaq Gəncə Texnologiya Universitetində çalışıb. Hazırda isə Tallindəki Şərq Mədəniyyət Universitetinin rektorudur.



Yaqub Yaqubov həm də 2000-ci ildə Tallində yaradılmış Estoniya- Azərbaycan cəmiyyətinin sədridir. Hazırda Estoniyada 2 minlə 3 min arasında azərbaycanlı yaşayır.



Bu günə bu qədər. Siz Azadlıq radiosunun dalğalarında Qlobus proqramına qulaq asdınız. Qlobusda deyilənlərlə bağlı fikirlərini bizimlə bölüşdürmək istəyənlər Azadlıq radiosunun Bakı bürosunun 493-73-75 və Praqadakı redaksiyamızın 4202-21122351 nömrəli telefonlarına zəng edə bilərlər. Qlobusu mən apardım, Samirə Faiqqızı, Sağ olun, gələn şənbə günü yenidən görüşənədək
XS
SM
MD
LG