Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:11

Azərbaycan əsgərləri azad edildi


Səs: Real audio
“Buş Moskva səfəri ərəfəsində rusları qəzəbləndirib” Bu ilin fevralından bəri erməni silahlı qüvvələrinin saxladığı 3 Azərbaycan əsgəri azad edilib.



Azərbaycan ordusunun əsgərləri-Hikmət Tağıyev, Xəyal Abdullayev və Ruslan Bəkirov Ağdam rayonunda qoşunların təmas xəttində Azərbaycan tərəfinə təhvil verilib.



Bu barədə Əsir, girov və itkin düşmüş vətəndaşlarla iş üzrə Dövlət Komissiyasından məlumat almışıq.



Komissiyanın işçi qrupunun sədr müavini Eldar Səmədov deyir ki, azad edilən əsgərlərin səhhəti normaldır. Əsgərlər hansısa şərt irəli sürmədən azad ediliblər.



Dövlət Komissiyası bildirir ki, Ermənistan tərəfi Azərbaycanda erməni əsirinin olması barədə məlumatlara görə Azərbaycan əsgərlərini azad etmirdi. Amma sonradan bu məlumat təsdiqlənməyib və qarşı tərəf Azərbaycan əsgərlərini azad etməyə məcbur olub.



Hər üç əsgər bu il fevralın 15-də Tərtər rayonunun Həsənağa kəndində tutulmuşdular.



Azərbaycan Müdafiə Nazirliyi onların azaraq qarşı tərəfə keçdiyini deyirdi. Bu gün, mayın 7-də isə onlar Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə Azərbaycan tərəfinə verilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG