Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:02

Vitse-spiker Cəlal Əliyev barəsində intizam tədbirinə ehtiyac görmür


Səs: Real audio
“Buş Moskva səfəri ərəfəsində rusları qəzəbləndirib” Milli Məclisin rəhbərliyi deputat Cəlal Əliyev barəsində intizam tədbirinin görülməsinə ehtiyac duymur.



Parlament sədrinin birinci müavini Arif Rəhimzadə ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayevin parlament sədri Murtuz Ələsgərova ünvanladığı məktuba münasibət açıqlayarkən belə deyib.



Vahid Mustafayev həmin məktubda Cəlal Əliyevin şirkət əməkdaşlarının ünvanına təhqiramiz ifadələr işlətdiyini və ANS-in işgüzar imicinə ziyan vurduğunu əsas gətirib.



Deputatın narazılığına səbəb isə onun adının ANS Şirkətlər Qrupuna aid «Hesabat» jurnalındakı tənqidi yazıda Azərbaycanın ən varlı adamları siyahısına salınması olmuşdu.



Arif Rəhimzadə hesab etmir ki, deputat Cəlal Əliyevin hərəkəti onun parlamentdaxili məsuliyyətə cəlb edilməsinə əsas ola bilər.



O, eyni zamanda mətbuatla bağlı iradlarını da bildirib. Onun sözlərinə görə, jurnalistlər şərh yazarkən heç kəsin heysiyyatına toxunmamalıdırlar.



Cəlal Əliyevin çıxışının ertəsi günü ANS Şirkətlər Qrupunun rəhbərliyini qəbul edən ölkə prezidenti İlham Əliyev hakimiyyət nümayəndələrinin jurnalistləri təhqir etməsindən təəssüfləndiyini bildirmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG