Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:58

«Azərbaycanlılara qarşı cinayət işi»


Səs: Real audio
“Buş Moskva səfəri ərəfəsində rusları qəzəbləndirib” «Mafiya Şuşanı ala bilməz» məqaləsində «Azadlıq» qəzeti yazır ki, «düz 12 ildir Azərbaycan hökuməti qaçqınların pulunu mənimsəməklə məşğuldur».



«Ermənilər cəbhə boyu atəşkəsi pozdular». «Üç nöqtə» qəzeti yazır ki, ATƏT-in nümayəndələri həmin bölgədə monitorinq zamanı hadisələrin şahidi olduqlarına görə Ermənistana xəbərdarlıq ediblər.



«Builki parlament seçkiləri elə keçirilməlidir ki, onun nəticələrini Azərbaycan xalqı və dünya birliyi qəbul etsin». Bunu «525-ci qəzet»ə açıqlamasında Böyük Britaniyanın Azərbaycandakı səfiri deyib.



«Azərbaycan» qəzeti «Ümummili maraqlar ətrafında birləşmək zəruridir» başlıqlı məqaləsində yazır ki, YAP-ın icraçı katibi Əli Əhmədov iqtidar-müxalifət dialoqunun davam etdirilməsini lazım bilir.



«Yeni Müsavat» yazır ki, Elmar Hüseynovun qətlində şübhəli bilinən Tahir Xubanovun spiker Murtuz Ələsgərovla qohum olması təsdiqlənib.



«NATO Azərbaycandan əlini üzüb» məqaləsində «Ayna» qəzeti yazır ki, bu təşkilat Tbilisidə keçirdiyi toplantısına Qafzaq ölkələrinin əksəriyyətini dəvət etsə də, rəsmi Bakı həmin siyahıdan kənarda qalıb.



«Azərbaycan «Minilliyin çağırışı»ndan niyə kənarda qaldı?» məqaləsində «Xalq Cəbhəsi» qəzeti yazır ki, yerli ekspertlərin fikrincə, buna səbəb korrupsiyanın aradan qaldırılmaması və qanunun aliliyinə əməl edilməməsidir.



«Özbəkistan, demokratiya, Buş və ÖGÜAM». «Zerkalo» qəzeti yazır ki, Azərbaycan inkişaf etmiş ölkələr sırasında olmaq məqsədinə çatmaq istəyirsə təşkilatdan çıxıb Rusiyaya güvənmək haqda düşünməməlidir.



«MM üzvündən sensasion bəyanat» məqaləsində «Bakı Xəbər» yazır ki, deputat Cahangir Hüseynov Azərbaycanın federativ dövlətə çevrilməsi təklifi ilə çıxış edib.



«Exo» qəzeti «Azərbaycanlılara qarşı cinayət işi» başlıqlı məqaləsində yazır ki, Türkmənistan mənbələrinin məlumatına görə, prezident Saparmurad Niyazova qarşı sui-qəsdin təşkilatçısı kimi mərhum prezident Heydər Əliyevin adı hallanır.

Günün bütün mövzuları

XS
SM
MD
LG