Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:48

QHT-lər prezidentə müraciət etdilər


Səs: Real audio
“Buş Moskva səfəri ərəfəsində rusları qəzəbləndirib” Fəal qeyri-hökumət təşkilatlarının bir araya gəldiyi İctimai Liderlər Birliyi üçüncü sektor seçkiləri məhdudiyyətsiz müşahidə edə bilsin deyə, ölkə başçısına müraciət ünvanlayıb. Onlar «QHT-lər haqqında» qanundan 4.2 maddəsinin çıxarılmasını istəyirlər.



Birliyin üzvü Osman Gündüz deyir ki, iki il əvvəl qəbul olunmuş «QHT-lər haqqında» qanuna görə, 30 faiz xaricdən maliyyələşən qeyri-hökumət təşkilatları seçkini müşahidə edə bilməz. «Bu da faktiki olaraq üçüncü sektorun seçkidən uzaqlaşdırılması ilə nəticələnib».



Osman Gündüz deyir ki, prezident bu məsələyə reaksiya verməyəcəyi təqdirdə İctimai Liderlər Birliyi beynəlxalq qurumlara müraciət edəcək.



Qeyri-Hökumət Təşkilatları Seçki Monitorinq Mərkəzinin icraçı direktoru Anar Məmmədli isə prezidentin Birliyin müraciətinə müsbət cavab verəcəyini düşünür.



Onun qənaətincə, sözügedən qanun beynəlxalq qanunlara ziddir. Və qeyri-hökumət təşkilatlarının seçkini müşahidə etməsinə maneədir.



Anar Məmmədli deyir ki, prezident bu məsələni müsbət həll etməzsə, parlament seçkilərinin şəffaf və ədalətli keçirilməsi şübhə altına düşə bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG