Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:26
Rubrikalar

Azərbaycan konfuçularına çinli mütəxəssis dərs keçəcək


Səs: Real audio
“Buş Moskva səfəri ərəfəsində rusları qəzəbləndirib” Mayın 7-də Ukraynada cüdo üzrə gənclər arasında «A» kateqoriyalı turnir keçiriləcək. Azərbaycan yarışda 8 idmançı ilə təmsil olunacaq. Həmin gün Rusiyada da cüdo üzrə beynəlxalq yarış keçiriləcək. Yarışa 13 nəfərlik Azərbaycan milli komandası da qatılacaq.



Azərbaycan konfuçuları isə beynəlxalq yarışlara bir il ərzində Çindən gəlmiş mütəxəssis Van Şi Şinin başçılığı ilə hazırlaşacaqlar. Cənab Şin mayın 6-da keçirdiyi mətbuat konfransında bildirdi ki, məqsəd konfu və uşu idman növlərini inkişaf etdirməkdir.

«Gəlişimin əsas məqsədi Azərbaycanda konfu və uşunun daha da populyarlaşdırılması və Çindəki uşu haqda texniki təcrübəni Azərbaycanda yaymaqdır».

Konfu Federasiyasının prezidenti Barat İsrafilov isə dedi ki, konfu 2008-ci ildə olimpiya oyunları siyahısına salınacağından bu idman növünə bütün dünyada diqqət artıb.

Azərbaycan konfuçuları 1998-ci ildən beynəlxalq turnirlərdə iştirak edir. İndiyədək onlar 26 qızıl, 5 gümüş və 5 bürünc medal qazanıb.



Mayın 7-9-da Rumıniyada bodibildinq üzrə Avropa çempionatı keçiriləcək. Yarışda üç Azərbaycan idmançısı Anatoli Məsimov, Mahmud Savalan və Rüstəm Ağayev mübarizə aparacaq.
XS
SM
MD
LG