Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 14:11

Avropa Şurası parlament seçkiləri ilə bağlı tədbirlər planı hazırlayır


Səs: Real audio
“Buş Moskva səfəri ərəfəsində rusları qəzəbləndirib” Avropa Şurası baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Mats Lindberqin verdiyi məlumata görə, Avropa Şurası qarşıdakı parlament seçkilərinə ciddi hazırlaşır.



«Avropa Şurası ümid edir ki, demokratik və ədalətli keçirilən seçkiləri müşahidə edəcək. Bir daha bəyan etmək istəyirəm ki, Avropa Şurası hər hansı siyasi qurumu və ya qrupu dəstəkləmir. Avropa Şurası seçkilərin ədalətli keçirilməsi üçün bir sıra ciddi tədbirlər hazırlayır. Yaxın gələcəkdə bu tədbirlər planı hazır olan kimi bəyan edəcəyik».



Bu gün Bakıda Avropa Şurası İnformasiya Ofisinin Azərbaycan dilində rəsmi İnternet səhifəsinin də açılışı oldu.



İnformasiya Ofisinin icraçı direktoru İlqar İbrahimli bildirdi ki, məqsəd Avropa Şurasını Azərbaycan vətəndaşlarına daha yaxından tanıtmaqdır. Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmək istəyənlər üçün səhifədə ərizə formaları da yerləşdirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG