Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:15

ATƏT-in monitorinqi zamanı atəşkəs pozulub


Səs: Real audio
“Buş Moskva səfəri ərəfəsində rusları qəzəbləndirib” Mayın 6-da Tərtər rayonunun Qapanlı kəndi ərazisində Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində monitorinq keçirilib.



Monitorinq ATƏT-in şəxsi nümayəndəsinin mandatına uyğun olaraq aparılıb.



Müdafiə Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumata görə, monitorinq zamanı Ermənistan silahlı qüvvələri atəşkəsi pozub.



Mətbuat xidmətinin əməkdaşı İlqar Verdiyev bildirir ki, atəşkəsi pozduğuna görə Ermənistan tərəfinə xəbərdarlıq edilib.



Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində atəşkəsin pozulmasına görə hər iki tərəf bir-birini ittiham edir. Ötən ay ATƏT-in Minsk Qrupu da bəyanat yayaraq bundan narahatlığını bildirmişdi.
XS
SM
MD
LG