Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:41

«Daha demokratik olun»


Səs: Real audio
“Buş Moskva səfəri ərəfəsində rusları qəzəbləndirib” «Özbəkistan GÖUAM-dan çıxdı» məqaləsində «525-ci qəzet» yazır ki, prezident İslam Kərimov bu addımı təşkilatda siyasi prioritetlərin dəyişməsi ilə izah edib.



«Yeni Azərbaycan» qəzeti yazır ki, prezident İlham Əliyev yerli sahibkarlığın inkişafı üçün iş görmək istəyənləri dəstəkləməyə və onlara hər cür yardım etməyə hazır olduğunu vurğulayıb.



«Prezidentdən icra başçılarına tapşırıq». «Üç nöqtə» qəzeti yazır ki, prezident «insanların qayğısına qalın, əks halda, mən bu prinsiplərə əməl etməyənləri dəyişəcəm» deyib.



«Corc Buş Tbilisidən Azərbaycana mesajlar göndərə bilər» məqaləsində «Bakı Xəbər» yazır ki, bu mesajlar ölkə daxilində və xarici diplomatiya sahəsində Azərbaycanın xeyrinə olmaya da bilər.



«Xalq Cəbhəsi» qəzeti ABŞ prezidentinin Azərbaycana gəlməsinin mümkün olub-olmadığını şərh edir. Qəzet Amerika mətbuatına istinadən yazır ki, Ağ Evin sahibi Gürcüstandan sonra Bakıda olacaq və bu, Ermənistanla Azərbaycan arasında "dondurulmuş" münaqişənin həllini sürətləndirəcək.



«Yadigar gündəlik» məqaləsində «Azərbaycan» qəzeti İkinci Dünya müharibəsində iştirak etmiş Mustafa Mustafayevin həyatından bəhs edir. Keçmiş döyüşçünün cəbhə xatirələrinə toxunur.



«2005-ci ildə mandat uğrunda mübarizəni məqbul hesab etmirəm». «Ayna» qəzetinə müsahibəsində İqbal Ağazadə deyib ki, bu il Azərbaycanda ya demokratik seçkilər keçirilməli, ya da inqilab olmalıdır.



«Zerkalo» qəzeti «Daha demokratik olun» məqaləsində yazır ki, Tbilisiyə səfəri zamanı ABŞ prezidenti Corc Buş bu təklifi Ermənistan və Azərbaycana ünvanlayacaq.



«İlham Əliyev daha 500 milyon dollar uduzdu» məqaləsində «Azadlıq» qəzeti yazır ki, Azərbaycan hökuməti ötən il olduğu kimi bu il də «Minilliyin çağırışı» proqramından kənarda qoyuldu.
XS
SM
MD
LG