Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 22:00

Azərbaycan nefti haqqında sənədli film Praqa festivalının mükafatını alıb


Səs: Real audio
“Buş Moskva səfəri ərəfəsində rusları qəzəbləndirib” Bu həftə Çexiyanın paytaxtı Praqada insan haqları mövzusunda "Bir Dünya" adlı beynəlxalq sənədli filmlər festivalına yekun vuruldu, festivalın qalibləri elan olundu.



Festivala dünyanın müxtəlif ölkələrindən 2 minə yaxın əsər təqdim olunmuşdu.



Qaliblər arasında çex rejissoru Martin Mariçekin çəkdiyi "Resurs" adlı film də var.



Azərbaycan nefti və onun yaratdığı təzadlardan bəhs edən film festivalın ikinci mükafatına layiq görüldü. "Resurs" həmçinin, tamaşaçıların ən çox rəğbət qazandığı film elan olundu.



Filmdə neft və insan haqlarının pozulması, ekologiya ilə bağlı məsələlər qaldırılır.



Filmin rejissoru Martin Mariçek deyir ki, neft gündəlik həyatımızın tərkib hissəsidir, lakin bəzən insanlar bunu unudur.



Azərbaycandakı müşahidələri barədə danışan Mariçek deyir, neft biri üçün qara qızıldırsa, bir başqası üçün qara fəlakətdir.



"Bu sənədli film mənim Azərbaycanda baş verənlərə subyektiv baxışımı əks etdirir. Biz orada bir ay vaxt keçirdik. Gördüklərimizi lentə aldıq. Neftin Azərbaycan üçün nə olduğunu azərbaycanlılar özləri müəyyənləşdirməlidir".



Filmdə Azərbaycanda çalışan iri neft şirkətləri və hökumətin ünvanına tənqid səslənir, neftdən xalqın yox, daha çox hakim elitatın bəhrələndiyi qeyd olunur.



Keçən il BTC kəməri yaxınlığında çəkiliş apararkən Martin və onun komandası boru kəmərini mühafizə edən təhlükəsizlik xidməti əməkdaşları tərəfindən qısamüddətə saxlanmışdı. Bu insident filmdə öz əksini tapıb. Kəmərin çəkildiyi ərazidə torpaqlarını itirən kənd sakinləri bunun əvəzində kompensasiya almadıqlarından gileylənirlər.



Filmin yaradıcıları bugünkü uğuru Azərbaycandakı insan haqları müdafiəçiləriylə bölüşdüklərini bildirirlər.



Qeyri-hökümət təşkilatı olan Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhramanlı "Resurs" filminin əsas qəhramanlarından biridir.



Praqa festivalının münsiflər heyətinə daxil olan Mirvari xanım yaranmasında zəhmət çəkdiyi filmin uğur qazanmasına çox sevinir.



Filmin redaktoru Martin Salski isə deyir ki, bu əsərdə Azərbaycanda insan haqlarının pozulmasından bəhs edilir.



"Hesab edirəm ki, bu filmlə biz Azərbaycanda insan haqları uğrunda mübarizə aparan adamlara yardım edirik. Bu insanların buna böyük ehtiyacı var. Biz bu filmlə Azərbaycanın problemlərini dünyaya çatdırmağa çalışmışıq".



Filmin yaradıcıları "Resurs"un bir gün Azərbaycanda da nümayiş etdiriləcəyinə ümüd edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG