Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:37

Prezident qiymətlərin ötən ilki səviyyəyə endiriləcəyini deyir


Səs: Real audio
“Buş Moskva səfəri ərəfəsində rusları qəzəbləndirib” Yaxınlarda minimum əməkhaqqı artırılacaq.



Mayın 5-də “Gön-Dəri” Açıq Tipli Səhmdar Cəmiyyətinin açılışında iştirak edən prezident İlham Əliyev belə dedi.



Onun sözlərinə görə, minimum əməkhaqqı hər il iki dəfə artırılmalıdır. Bu artım büdcədən məvacib alan digərlərinin də vəziyyətinə müsbət təsir edəcək.



Hazırda ölkədə minimum əməkhaqqı 125 min manatdır.



İqtisadi inkişaf naziri Fərhad Əliyevin fikrincə isə, növbəti artımdan sonra minimum əməkhaqqı 150 min manatdan çox olacaq.



Dövlət başçısı son aylar ərzində ən çox narahatçılıq doğuran məsələnin qiymətlərin artması olduğunu deyir.



Onun sözlərinə görə, bu məsələ dəfələrlə müzakirə edilib və qiymətlərin aşağı düşməsi istiqamətində lazımi göstərişlər verilib. Məqsəd qiymətləri 2004-cü ildəki səviyyəyə qaytarmaqdır. Artıq qiymətlərin aşağı düşməsi hiss olunur.



İqtisadi inkişaf naziri Fərhad Əliyev isə qiymətlərin süni şəkildə artırıldığını və bunun qarşısını inzibati yollarla almağın mümkün olmadığını deyir.



«Ayrı-ayrı adamlar süni şəkildə qiymətləri artırmışdılar. Bir qrup adam bundan faydalanır, vətəndaşlar isə əziyyət çəkirdilər».



Fərhad Əliyevin sözlərinə görə, ölkə prezidenti süni maneələrin aradan qaldırılması ilə bağlı konkret göstərişlər verdikdən sonra qiymətlər enməyə başlayıb.



İqtisadi inkişaf naziri deyir ki, qarşıdakı aylarda qiymətlərin aşağı düşməsi daha çox hiss olunacaq.



«Trend» informasiya agentliyinin rəhbəri İnqilab Əhmədov isə hesab edir ki, bundan sonra qiymətləri 2004-cü ildəki həddə qaytarmaq mümkün deyil.



«Çünki, həmin iqtisadi situasiyadan sonra xeyli dəyişikliklər baş verib. Yanacağın qiyməti artıb, monopoliya öz təsirini qoyub və s. Ona görə də yaxşı olar ki, ölkə rəhbərliyi inflyasiyanın qarşısını alsın və qiymətlərin bundan sonra da artmasına imkan verməsin».
XS
SM
MD
LG