Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:32

“Nasistlərə qoşulan Sovet vətəndaşları”


Səs: Real audio
“Buş Moskva səfəri ərəfəsində rusları qəzəbləndirib” --“Uolt Strit Cournal”



Digər post-Sovet respublikalarında inqilablardan ruhlanan Qazaxıstan müxalifəti düşünür ki, "qohumbaz, korrupsioner və avtoritar" prezidenti devirmək vaxtıdır. Ancaq həmin prezident Vaşinqtonun sevimlisidir. Onu qapıları Amerikanın neft şirkətlərinin üzünə açan Qərbpərəst islahatçı hesab edirlər.



Avtoritar üsul-idarə tərzinə baxmayaraq, prezident Nursultan Nazarbayev xarici investisiyaları təşviq edir və fəal surətdə Qazaxıstan iqtisadiyyatını modernləşdirir. Son illər ölkədə iqtisadi artım tempi 10 faiz təşkil edir.



İqtisadi tərəqqi ucbatından müxalifət ictimaiyyəti səfərbər edə bilmir. Müxalifətin sentyabrda parlament seçkilərinin saxtalaşdırılmasına qarşı qalxmaq çağırışları cavabsız qalıb.



Vaşinqton öz növbəsində, kiminsə tərəfini saxlamaq niyyətində olmadığını bildirir.



Bir amerikalı rəsminin sözlərinə görə, “müxalifət bizim onları dəstəkləməyimizi istəyir. Amma biz daxili mübarizədən uzaq durmağa çalışırıq”.



“Başlanğıcdan bizim Nazarbayevlə olduqca uğurlu əməkdaşlığımız qurulub”-deyə həmin diplomat əlavə edib.



--“Nyu York Tayms”



Prezident Buşun faşist Almaniyası üzərində qələbənin 60-cı ildönümünü bayram etmək üçün Moskvaya səfəri ərəfəsində Birləşmiş Ştatlarla Rusiya arasında daha bir narazılıq baş verib.



Buş üç Pribaltika ölkəsi liderlərinə məktub göndərib və məktubda II Dünya müharibəsinin başa çatmasını Estoniya, Latviya və Litvanın Sovet İttifaqı tərəfindən işğalının başlanğıcı adlandırıb.



Rusiya hökuməti isə ABŞ prezidentini tarixi yenidən yazmaqda ittiham edir.



Vaşinqtondakı Rusiya səfirliyi əməkdaşının sözlərinə görə, “bu, faktların, tarixi mənzərənin tam təhrif olunmasıdır”.



Ağ Evdən isə bildiriblər ki, prezidentin məktubu tarixi faktlara zidd deyil.



Həmin məktubda Buş deyir ki, “II Dünya müharibəsinin başa çatması Qərbi Avropa üçün qurtuluş olub. Amma Mərkəzi və Şərqi Avropa üçün müharibənin sonu həm də Estoniya, Latviya və Litvanın işğalının və kommunizmin bərqərarının başlanğıcı olub”.



Litva və Estoniya prezidentləri Vladimir Putinin Moskvada 9 may tədbirlərinə qatılmaq dəvətini rədd ediblər.



--“Moskou Tayms”



Tarixçilər hələ də nə qədər Sovet vətəndaşının İkinci Dünya müharibəsi vaxtı Qırmızı Orduya qarşı vuruşduğu və müharibədən sonra onların taleyinin necə olması sualına cavab axtarırlar.



Sankt-Peterburqdan olan tarixçi Kiril Aleksandrovun hesablamalarına görə, 1 milyon 190 min Sovet vətəndaşı qarşı tərəfə keçib.



İsveç tədqiqatçısı Sven Stinberq isə alman komandirlərinə istinadən belələrinin 700 min nəfər olduğunu bildirir.



Tarixçi-professor Nikolay Kirsanov isə bu rəqəmləri şişirdilmiş hesab edir. O deyir ki, hər bir halda, lap agər 1 milyon 200 min satqın olsaydı belə, onlar heç vaxt 12 milyonluq Qırmızı Ordunu məğlub edə bilməzdilər.



Tədqiqatçı Serqey Çuyevin sözlərinə görə, müttəfiq qüvvələr Sovet vətəndaşlarının bir çoxunu tutub Moskvaya təhvil verib. Onlardan bəzisi güllələnib, digərləri isə soyuq şimalda ağac doğramağa, ya da uran mədənlərinə gondərilib.



Bununla belə, müttəfiqlər alman kəşfiyyatına işləyən Sovet vətəndaşlarını və nasistlərin xüsusi məktəblərdə təlim keçdikləri Sovet uşaqlarını özlərində saxlayıblar. “Soyuq müharibə” dövründə bu insanlardan Sovet İttifaqına qarşı casusluqda istifadə olunub.
XS
SM
MD
LG